Dərc edildi: Baxış sayı: 377
İqtisadçı-ekspert: Xalq olaraq bu seçkilərdə iştirak etməliyik
Bu gün ilk dəfə olaraq 30 ildən sonra Azərbaycanın bütün suveren ərazisində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə səsvermə keçirilir. Bu, çox qürurvericidir. Xalq olaraq bu seçkilərdə iştirak etməliyik. Mən də seçkilərdə iştirak etdim və hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırıram.
Ens.Az-ın məlumatına əsasən,bunu AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert Rəşad Hüseyn vurğulayıb.
O bildirib ki, seçici fəallığı yüksəkdir: “Seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Şəhər sakinləri öz layiqli namizədinə səs verəcəkləri günü səbirsizliklə gözləyirdilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət