Slimfit
  1. İDMAN

İqor Ponomaryov: 'Prezidentin 'Şöhrət' ordeni yubileyimə çox gözəl hədiyyə oldu'

İqor Ponomaryov: 'Prezidentin 'Şöhrət' ordeni yubileyimə çox gözəl hədiyyə oldu'
Sakura

İqor Ponomaryov: 'Prezidentin 'Şöhrət' ordeni yubileyimə çox gözəl hədiyyə oldu'

"Bu, mənim üçün sevindirici xəbər oldu. Təltif olunduğumu ilk dəfə sizdən eşitdim. Möhtəşəm hisslər keçirirəm. Təbriklərə görə çox sağ olun". 

Bunu "Report"a açıqlamasında Azərbaycanın futbol üzrə yeganə olimpiya çempionu və "Sabah" klubunun Müşahidə Şurasının üzvü İqor Ponomaryov Prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunmasına dair təəssüratlarını bölüşərkən deyib. 

Veteran futbolçu 60 yaşının tamamlandığı gün onu fəxri ada layiq gördüyü üçün dövlət başçısına təşəkkürünü bildirib: "Futbolun inkişafında, idman hərəkatındakı xidmətlərimi qiymətləndirdiyi üçün cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Bu, mənim üçün çox gözəl hədiyyə oldu. Bir daha böyük diqqətə görə İlham Əliyevə təşəkkür edirəm. Belə bir ordenə layiq görülmək mənim üçün şərəfdir".

Hazırda İspaniyada olan İ.Ponomaryov yubileyini ailəsi ilə birgə qeyd edəcəyini vurğulayıb: "Bilirsiniz, Azərbaycanla İspaniya arasında 3 saatlıq fərq var. Səhəri məhz belə bir xoş xəbərlə açdım. 2019-cu ilin dekabrında "Sabah"ın baş məşqçi postunu tərk etdikdən sonra İspaniyaya gəlmişik. Burada biznesim var. Hazırda Malaqa şəhərindəyəm. Doğum günümü də elə burada ailəmlə qeyd edəcəyəm". 

Məşhur penalti ustası "Sabah"ı izlədiyini desə də, komandanın çıxışını şərh etmək istəməyib: "Çünki indi bunun yeri deyil. Mənə xoş xəbər verdiniz. Bir daha sizə minnətdarlığımı bildirirəm. "Sabah" haqqında başqa vaxt danışarıq". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR