Slimfit
  1. TEXNOLOGİYA

İnternetin daha təhlükəsiz növü yaradılır- Kvant İnterneti

İnternetin daha təhlükəsiz növü yaradılır-  Kvant İnterneti
Sakura

Məqsəd paralel, daha etibarlı bir şəbəkə yaratmaqdır

2018-ci ilin noyabr ayında ABŞ Prezidenti Donald Trump Milli Kvant Təşəbbüsü qanunu imzaladı.  2020-ci ilin fevral ayında 17 milli laboratoriyanın nümayəndələri kvant fizikası prinsiplərinə əsaslanan internet şəbəkəsi yaratmaq planının əsas məqamlarını müzakirə etdilər.

 Layihə üzrə  ilk nəticələr 23 iyulda ortaya çıxdı.  Ens.az bildirir ki, Çikaqo Universitetində keçirilən tədbirdə kvant internet layihəsinin təqdimatı olub. Plana görə, təxminən bir il ərzində alimlər Çikaqo Universitetindəki laboratoriyanı  Bataviyadakı Fermi Milli Laboratoriyası ilə kvant rabitə xətti vasitəsilə birləşdirməlidilər.

 Təqdimat zamanı Enerji Departamentinin rəsmiləri, mövcud şəbəkələrdə olan məlumatlardan daha etibarlı məlumat ötürmək üçün kvant mexanikası qanunlarından istifadə edən  milli kvant internetinin inkişaf strategiyasını açıqlayan hesabat yayımladılar.

 Agentlik on il ərzində prototip yaratmaq təşəbbüsünü inkişaf etdirmək üçün universitetlər və sənaye tədqiqatçıları ilə əməkdaşlıq edir.

 Fevral ayında Enerji Departamentinin Argonne Milli Laboratoriyası və Çikaqo Universitetinin alimləri Çikaqonun ətrafındakı ərazilərdə 83 kilometr uzunluğunda "kvant döngəsi" yaratdılar və bununla da ölkənin ən uzun yerüstü kvant şəbəkələrindən biri yaranmış oldu.

 Məqsəd, subatom hissəciklərinin kvant dolaşıqlığına və ya ötürülməsinə əsaslanan paralel, daha etibarlı bir şəbəkə yaratmaqdır. Kvant dolaşıqlığı - iki və ya daha çox cismin kvant vəziyyətlərinin bir-birindən asılı olduğu kvant mexaniki hadisəsidir.

 Şöbə, kvant internetinin ilk istifadəçiləri arasında bank və tibbi xidmətlər sektoru ola biləcəyini, eyni zamanda milli təhlükəsizlik və aviasiya əlaqələri üçün tətbiqetmələrin yaradılacağını söyləyib.

 Enerji elmləri üzrə müşavir Pol Dabbar, kvant şəbəkəsinin fizika qanunlarına görə etibarlı olduğunu iddia edir.  Çikaqo Universitetinin və Argonne Milli Laboratoriyasının fiziki Devid Avşalom, öz növbəsində kvant interneti üçün ötürücülərin hələ inkişafının ilk mərhələsində olduğunu, lakin çox perspektivli göründüyünü açıqlayıb.

Mənbə: www.securitylab.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR