Slimfit
  1. DÜNYA

İnternet nəhəngləri əllərinin uzandığı bütün ölkələrdə vergi ödəyəcək

İnternet nəhəngləri əllərinin uzandığı bütün ölkələrdə vergi ödəyəcək
Sakura

Onların, sadəcə öz mərkəzi ofislərinin yerləşdiyi ölkədə vergi ödəməsi narazılıqlara yol açır

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) baş katibi Angel Gurria, qısaca olaraq GAFA adı verilən "Google", "Apple", "Facebook" və "Amazon" kimi internet nəhənglərinin 2020-ci ilin sonuna qədər qanuni şəkildə vergiyə cəlb ediləcəyini açıqlayıb.  

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Gurrianın sözlərinə görə, bundan sonra inkişaf etməkdə olan ölkələr bu günə qədər toplaya bilmədikləri vergini toplaya biləcək: "İlin bitməsinə hələ 8 ay var və layihənin üzərində işlər davam edir. Dünya ölkələrinin iqtisadiyyatları, cəmiyyətləri və ölkələri bir araya gələrək eyni kriteriyaların necə idarə ediləcəyinə dair razılığa gəlməlidir. Bunun üzərində çalışırıq. Çox çətin və qarışıq işdir. Ancaq buna baxmayaraq, böyük irəliləyiş müşahidə edirik".

Gurria, həmçinin bildirib ki, beynəlxalq vergi qaydaları mövzusunda Fransa, Almaniya, ABŞ və Türkiyə kimi ölkələrin maliyyə nazirləri başda olmaqla, hər kəs bu məsələnin OECD səviyyəsində həll edilməsini istəyir.

Qeyd edək ki, bu gün rəqəmsal iqtisadiyyatın nəhənglərinin, sadəcə öz mərkəzi ofislərinin yerləşdiyi ölkədə vergi ödəməsi narazılıqlara yol açır.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR