Slimfit
  1. TEXNOLOGİYA

İnstaqram TikTok-laşır…

İnstaqram TikTok-laşır…
Sakura

İnstaqram TikTok-laşır…

İnstaqram sosial şəbəkəsi yeni funksiyasını sınaqdan keçirir.

TED.az xəbər verir ki, İnstaqram sosial şəbəkəsi tərəfindən sınaqdan keçirilən funksiya “Reels” adlanır və hekayələrdəki video effektlərə musiqi əlavə edilərək TikTok ilə bənzərliyi təmin olunur.

Məlumata görə, “Reels” düyməsi “Bumeranq” və “Super-Zoom” effektlərinin yanında yerləşəcək. İnstaqramın Hekayə bölməsində yer alacaq bu yeni xüsusiyyət, sosial şəbəkə tərəfindən təşkil olunan musiqi siyahısından və ya istifadəçilərin özünəməxsus musiqilərdən istifadə edərək 15 saniyəlik kliplər yaratmağa imkan verəcək. “Reels”dən istifadə edərək, videonun sürətini seçmək, onu dayandırmaq və ya bir neçə videonu bir-birinə birləşdirmək mümkündür.

Qeyd edək ki, sözügedən funksiya sınaq mərhələsindədir. Hazırda “Reels” Braziliya ərazisində, iOS və Android təminatlı cihazlarda mövcuddur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR