Slimfit
  1. MARAQLI

Instagram-da kim nə qədər pul qazanır?

Instagram-da kim nə qədər pul qazanır?
Sakura

Instagram-da kim nə qədər pul qazanır?

ABŞ-ın ən populyar modellərindən biri Kayli Cenner İnstagram-da ən populyar sima oldu.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 20 yaşlı K.Cennerin İnstagram-dakı profilinin daimi təqibçilərinin sayı artıq 110 milyonu keçib. Beləliklə, amerikalı supermodel İnstagram-ın populyarlıq reytinqində Selena Qomes və bacısı Kim Kardaşyandan sonrakı yeri tutub.

Selena Qomesin profilinin 139 milyon daimi təqibçisi var.

K.Cenner bu minvalla İnstagram-dakı profilində 1 reklam paylaşımı üçün 1 milyon dollar almağa başlayıb.

S.Qomesin profilində bu qiymət 800 min dollardır.

Madrid "Real"ından İtaliyanın "Yuventus" klubuna keçmiş Kriştianu Ronaldu isə 1 reklam paylaşımı üçün 750 min dollar alır.

K.Cenner İnstagram-dan istifadə edən şou-biznes mənsubları arasında ən çox gəlir əldə edən şəxsdir.

İnstagram-dakı profilində 1 reklam paylaşımına görə ən çox pul alan məşhurların reytinqinin ilk beşliyi belədir:

1. Kayli Cenner - 1 milyon dollar

2. Selena Qomes - 800 min dollar

3. Kriştianu Ronaldu - 750 min dollar

4. Kim Kardaşyan - 720 min dollar

5. Beyonse - 700 min dollar

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR