Slimfit
  1. MARAQLI

İnsanların həftələrlə etdiklərini bir neçə gündə etmək mümkündür?

İnsanların həftələrlə etdiklərini bir neçə gündə etmək mümkündür?
Sakura

İnsanların həftələrlə etdiklərini bir neçə gündə etmək mümkündür?

Hamımız hədəflərimizə çatmaq üçün çox çalışmağımızın lazım olduğunun fərqindəyik. Biznes dünyasında və sahibkarlıqda uğur əldə etmək üçün həftələrimizi, aylarımızı hətta illərimizi fəda etməyimizin lazım olduğunu da tez-tez deyənlər var. Bəs, hamımız səhv yolla gediriksə? Böyük bir işi etmək üçün tələb olunan vaxtı yarıya endirmək mümkündür? İmkansız görünsə də, kiçik bir vərdiş ilə edə bilməyəcəyimiz şey yoxdur.

1) 80/20 Qaydasını tətbiq edin

Pareto Prinsipi – daha məhsuldar ola bilmək üçün nəyə fokuslanmağımız lazım olduğu məsələsində bizə köməklik edən universal bir qaydadır. Prinsipi belə açıqlaya bilərik: əldə etdiyiniz nəticələrin 80%-i əməyinizin 20%-lik qismindən gəlir. Məsələn, biznes dünyasında əldə etdiyiniz gəlirin 80%-ni müştərilərinizin 20%-dən qazanırsınız. Bu da o deməkdir ki, gündəlik tapşırıqlarınızın beşdə dördü daha az önəmli və aşağı məhsuldarlıqda olan işlərdir.

20%-lik hissəyə fokuslanmaqla vaxtın idarə edilməsini inkişaf etdirəcəksiniz. Əsas işləri bitirdikdən sonra qalan hissəyə keçin. Bir şeyi etmədən öncə özünüzə o işin hansı hissədə olduğunu soruşun.

Eyni zamanda “Həyatınızın yüzdə doxsanını necə xilas edə bilərsiniz?” adlı məqaləyə də göz ata bilərsiniz.


2) Böyük işləri görmək üçün daha kiçik parçalara ayırın

 

İşləri mütəmadi ertələməyimiz ağır yükün altında qaldığımızı hiss etdiyimizdə baş verir. Böyük proyekti başlamaqdan qaçarıq, çünki gözümüzü qorxudur və necə öhdəsindən gələcəyimizi xəyal belə edə bilmərik. Böyük işlərlə məşğul olmayın; onları daha kiçik, idarə edilə bilən parçalara bölün və masaya hər oturduğunuzda bir şeyi bitirməyin dadını çıxarın.

Özünüzə 20 dəqiqə ayırın və bu vaxt bitənə qədər diqqətinizi dağıtmayın. Nə qədər çox şeyi bitirdiyinizə inana bilməyəcəksiniz!


3) Bacarıqlarınıza fokuslana bilmək üçün işlərinizi başqalarına ötürün

Çoxlarımız kiçik bir sahədə peşəkar və geri qalan digər sahələrdə orta səviyyədəyik. Vaxtın idarə edilməsinin ən yaxşı üsullarından biri ən güclü olduğunuz sahəyə fokuslanmağınızdır. Əgər bacarırsınızsa, peşəkar olmadığınız işləri bu işi bacaran şəxslərə ötürməyə çalışın.

Veb sayt yaratma, kontent yazma, dizayn kimi işlərdə kənardan köməklik əldə etmək olduqca rahatdır. Başqalarını işlərinizə daxil etməkdən çəkinməyin.


4) Təbii ritminizi tapın

Günün hansı vaxtında daha enerjili və daha kreativsiniz? Effektiv və məhsuldar ola bilmək üçün enerjinizi idarə etmək son dərəcədə önəmlidir. Bioloji saatınızı tapmağa çalışın. Önəmli tapşırıqları həvəsli və enerjili olduğunuz saatlarda edin.

Bu taktikanın işləməsi üçün rutinlərinizin olması lazımdır. Beləcə, bir model yarada bilər və təbii ritminizi kəşf edə bilərsiniz. Günün ən yaxşı saatında olduğunuzu biləndə detallı və çətin tapşırıqlara fokuslanın. Həmçinin, enerji səviyyənizi yüksək tutmaq üçün gün ərzində fasilələr verməyi unutmayın.


5) Diqqətinizi dağıdan şeylərdən azad olun

Fokuslanma bacarığınız məhsuldarlığınızın ən önəmli faktorlarından biridir. Araşdırmalar tipik bir ofis işçisinin diqqəti dağıldığında işinə yenidən fokuslanmağının 25 dəqiqə çəkdiyini bildirir. Bir şeyə başlamısınızsa, bitirin. Hər gün özünüzə bitirməyiniz lazım olan hədəflər qoyun və həyata keçirin.

Unutmayın! Bilirsiniz ki, diqqəti ən çox dağıdan şeylərdən biri də mobil telefonlardır. Əgər nəyəsə ciddi bir şəkildə fokuslanmaq lazımdırsa, telefonunuzu səssizə keçirin və kənara qoyun.


6) Tək bir şeyə fokuslanın

Gələk son illərin qızğın müzakirəsinə: eyni anda birdən artıq iş yoxsa tək bir iş? Multitasking – yəni, eyni anda birdən artıq iş görmək, daha çox şeyi həll etməyimizə kömək edə bilər. Digər tərəfdən, insan beyninin tək səfərdə birdən artıq şeyə fokuslanmaq üçün uyğun olmadığını da bilirik. Çoxumuz etməyimiz lazım olan işlə bərabər mesajlar və email-lər arasında gedib gəlirik, sonra da niyə heç bir şeyi çatdıra bilmədiyimizi düşünürük. Bəldə də tərzimizi dəyişməliyik?

Monotasking – tək səfərdə bir şeyə fokuslanmaq, bu qədər bağlantılı bir dünyada bəlkə çox mümkün deyil. Ancaq, bu taktika işin dərinlərinə enməyinizə olduqca köməklik edir. Özünüzə gün ərzində 2-4 saat ayırıb bir şey etməyə çalışın. Buna vərdiş etməyiniz bir az vaxt ala bilər, amma axır-əvvəl vərdiş edəcək və işlərinizdə irəliləyiş əldə etməyə başlayacaqsınız.


7) Lazımsız düşüncələrə nəzarət edin

Bir vacib işin ortasında ikən birdən lazımsız düşüncələrin ağlınıza girməsi rahatsız edə bilər. Bir şeyi xatırlamağa çalışarkən eyni anda o düşüncələri bir kənara buraxmaq… Olduqca çətindir. Bir işlə məşğul olarkən nəsə xatırlamağa çalışmaq normalda uğursuzluqla nəticələnir. Əgər bir kağıza yazsanız, bu probleminiz həll edilə bilər. İşi hafizənizə buraxdığınızda ya xatırlamaq üçün boşa enerji və vaxt xərcləyəcək ya da tamamilə unutmuş olacaqsınız. Hər iki cəhətdən də tamamilə bir itkidir.


8) Yatın, yemək yeyin və nəfəs alın

Yorğun ya da ac hiss etdiyimizdə məhsuldar olmağımız demək olar ki, imkansızdır. Bu yerdə özünüzə fikir verməyiniz çox önəmlidir. Siz bir robot deyilsiniz və yaxşı nəticələr əldə etmək üçün dincəlməyə, yemək yeməyə və zehninizi dağıtmağa ehtiyacınız var.

Özünüzə nəfəs məşqləri üçün gündəlik bir neçə dəqiqə belə ayırsanız zehninizi rahatlada bilərsiniz. Qısa bir gəzinti də gözəl bir üsuldur. Bu fəaliyyətlər canlanmağınıza köməklik edəcək və beləcə daha yaxşı fokuslana biləcəksiniz.

 

Mənbə: Moneta.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR