Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İnsanlar niyə depressiyaya düşür?

İnsanlar niyə depressiyaya düşür?
Sakura

İnsanlar niyə depressiyaya düşür?

Son zamanlar depressiya bir çoxlarının baş bəlasına çevrilib. İnsanlar niyə depressiyaya düşür?Bu melonxolik vəziyyətdən çıxış yolu varmı? 

Milli.Az xəbər verir ki, türkiyəli psixiatr Kaan Koran depressiya haqqında geniş araşdırma aparıb.

Bəzən özümüzə ''həyatımda məni sıxan, məni kədərləndirən heç nə yoxdur. Niyə mən depressiyadam?'' sualını veririk. Halbuki depressiya böyük səbəblər olmadan da ortaya çıxa bilir. Lakin onu da bilməliyik ki, hər kədərləndiyimiz, xoşbəxt olmadığımız anlar depressiya deyil. Təbibi hadisələrin ardından gələn reaksiyanı qısa müddət ərzində depressiya adlandıra bilmərik. Çünki həmin üzüntü, həyatın içində olan, normal qəbul etdiyimiz ''yas'' reaksiyası da ola bilər. Lakin belə vəziyyət uzun müddət davam edərsə, buna mütləq mütəxəssis tərəfindən müdaxilə olunmalıdır. 

Psixiatırlar iddia edirlər ki, depressiya genetikdir. Belə ki, valideynlərdən hansısa depressiyaya meyillidirsə, həmin insan da melanxolik vəziyyətə asanlıqla düşə bilər. İçki və narkotik də depressiyaya düşməyə səbəb yarada bilir. Gündəlik həyatdakı çətinikləri özündən dəf edə bilməmək də depressiyaya səbəbi ola bilər. Uzun müddətli ağrı, xroniki xəstəliklər və dərman istifadəsi də insanları melanxolik vəziyyətə sürükləyir. 

Belə ki, evlilik qadınlarda depressiya riskini artıran, kişilərdə azaldan faktordur. 

Bu arada qadınlar kişilərə nisbətən depressiyaya düşməyə 2 dəfə artıq meyillidirlər. Bunun bir sıra səbəbləri var.

Qadınlarda hormonal dəyişiklik, kişi-qadın arasında gender bərabərsizliyi, müharibə, köç dövrü depressiyaya düşmək riskini artırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR