Slimfit
  1. MARAQLI

İnsanlar bir-birinin çəkisinə niyə lağ edir? - Psixoloqdan cavab

İnsanlar bir-birinin çəkisinə niyə lağ edir? - Psixoloqdan cavab
Sakura

İnsanlar bir-birinin çəkisinə niyə lağ edir? - Psixoloqdan cavab

"Bu psixoloji şiddətdir"

İnsanların böyük problemlərindən biri də artıq çəkidir. Tək artıq çəki yox, az çəkili olmaq da əlavə problemlərə səbəb olur. Çəki atmaq və ya almaq o qədər asan iş olmasa da insanlar bəzən bunu anlamaq istəmirlər. Bəzi adamlar isə qarşısındakı insanın çəkisinə lağ edir, onu aşağılamağa çalışır.

Bəs insanların niyə bir-birinin çəkisinə qarışırlar?

Məsələ ilə bağlı AzNews.az psixoloq Səbinə Bayramova ilə danışıb. Onun sözlərinə görə, bir çox insan istər sosial, istərsə şəxsi həyatlarında bədən quruluşları və çəkiləri ilə bağlı tənqid edilir. Əksər insanlar heç bir pis niyyət daşımadan edəcəyi şərhin qarşı tərəf üçün təsirinin fərqinə varmırlar:

"İnsanlar bəzən bir-birilərinə salam belə vermədən “Kökəlmisən” və ya “Arıqlamısan” deyirlər. Bunlar beyin süzgəcindən keçirilmədən ağızdan çıxan sözlərdir. Təəssüf ki, günümüzdə bu hal normal olmağa başlayıb. Bu sözləri eşitmək üçün bəzən artıq çəkili və ya arıq olmaq da lazım deyil, hətta ideal bədən quruluşuna sahib olmamaq da kifayətdir ki, həmin tənqid edilsin. İnsanların başqalarının fiziki görünüşlərinə qarışmaqlarında səbəb bu ola bilər ki, şəxsin öz çəkisi ilə bağlı müəyyən qorxuları, kompleksləri var və daim qarşı tərəflə özünü müqayisə edir. Buna görə də, çəki məsələsinə daha çox diqqət edir. Bu da ola bilər ki, qarşı tərəfdən çəkisi ilə bağlı mənfi rəy eşitməmək üçün ona mesaj verir ki, sən də kökəlmisən. Yəni qarşı tərəfi psixoloji baxımdan əzməyə çalışır. Bu da həmin şəxsin özünü psixoloji olaraq əzilmiş hiss etməsindən irəli gəlir. Qarşı tərəfin özünü ondan üstün hiss etməməsi üçün bu yola əl atır. Buna səbəb isə fərdin xüsusilə də uşaqlıq dövründəki çəkisi, bədən formasına yönəlmiş tənqidlər və belə bir mühitdə böyüməsindən irəli gəlir. Bu, həmin şəxsin mənlik dəyərini çəki və ya bədən forması üzərindən qiymətləndirməsinə gətirib çıxarır. Fərd çəki və bədən forması mövzularına normadan daha çox məna yükləməyə çalışır. Bunu həyatının mərkəzinə çevirir və digər insanlara da bu cür yanaşır".

Psixoloq əlavə etdi ki, çəki və bədən formasına dair tənqidlər şəxsdə ən başda yemə pozuntularına, depresiyaya və bir çox psixoloji problemlərə səbəb ola bilir. Bu zaman şəxs bütün cəhdlərinə rəğmən bundan xilas ola bilmirsə, mütəxəssisə müraciət etməlidir. Və ən əsası da qarşılıqlı münasibətlərə sərhəd qoymalıdır. Bədən formasına və çəkiyə edilən tənqidlər səmimiyyət deyil, sərhəddən kənara çıxmaqdır. Həmin şəxsin bu hərəkətlə qarşısındaki insana psixoloji şiddət etmiş olur:

"Əgər fərd bu tənqidlərə məruz qalırsa, bunun psixoloji şiddət olduğunun fərqinə varmalıdır və sərhəd qoymalıdır. Özünü emosional baxımdan qoruyarsa, sərhədini qoyarsa, qarşı tərəfdə bu halların azalmasına kömək olar”.

Məsələ ilə bağlı sosial şəbəkə istifadəçiləri arasında da sorğu keçirdik:

Emil Gözəlov

Bu, ən çox üzləşdiyim məsələlərdəndir. Özüm boyuma görə arığam. Deyirlər kökəl, kökəl. Hər şey bir "kökəl" sözünü demək qədər asan olsaydı nə vardı ki... Əslində, bəlkə də güc, iradə lazımdır buna. Qarşına məqsəd qoyub bunu etmək elə də asan şey deyil. Hər kəs deyir yemək ye. Ancaq yemək yeməklə kökəlmək olmur. Həmçinin, onunla birlikdə idman, düzgün qidalanma lazımdı. Bu da səbr, enerji, iradə istəyir. Mən çox istəyirəm kökəlməyi. Ancaq iş şəraitim buna imkan vermir. Bu qədər deməklə kimsə nə kökələn deyil, nə də arıqlayan. Özü istəsə, qarşısına məqsəd qoysa, edə bilər. Məncə kimisə arıq və ya kök olmasına görə qınamaq lazım deyil.

Şəfiqə Fərzəlibəyli

 Bu sualla çox üzləşirəm. Mən kompleksiz insanam və özümü çoxda dolu insan hesab etmirəm. Mənə görə çevrəmdə mənim xasiyyətimə, işmə və peşəkarlığıma önəm verməklərini daha üstün tuturam. Bu dəqiqə dünyada və Azərbaycanda bir çox çəkili teleaparıcılar və aktrisalar var. Hansı ki, məşhurdur və insanlar tərəfindən sevilir. Bu Allahın bir vergisidir. Allahın səni yaratdığıdır. İnsan öz görünüşündən utanmamılıdır. Elə dolu xanımlar var ki, geyiməri ilə özlərini çox vulqar günə salırlar. Amma elə kök insan var ki, geyimi ilə öz görkəminə gözəllik qatır. Əslində, düşünürəm ki, mən hazırki vəziyyətimlə insanların diqqətini cəlb edirəmsə, demək mən bu həyatda boş-boşuna yaşamıram. İnsan özünü sevməlidir. İnsan hər halı ilə özünü sevməlidir. Kök, arıq, fərqi yoxdur. Əsas odur ki, tufan və kəskin küləklər olanda hava bizə təsir etmir, amma arıq qızları külək iki addım ya qabağa, ya da geriyə atır. 3 günlük dünyadır, yeyin-için, kef edin.

Nuh Tarverdiyev

- Məncə insanların həyat tərzinə müdaxilə etmək yolverilməzdir. Hər kəs öz istədiyi kimi yaşamalıdır. Kimin arıq,kimin kök olması heç kimin müzakirə mövzüsu olmamalıdır. Əslində, bu cür müdaxilələr insanlara təhqir hesab olunmalıdır. Mən özüm isə deyilənlərə heç vaxt önəm vermirəm. Bu həyat mənimdir, necə istəyirəm elə də yaşayıram. Çəkim az olsa da, çox olsa da bu mənim şəxsi işimdir. Ümumi yanaşsaq, bu məsələlər müzakirə mövzusu olmamalıdır. Çünki bu şəxsi həyata müdaxilədir, insanları aşağılamaq məqsədi ilə deyilir. Buna isə yol vermək olmaz.

 

Əkbər Əkbərli

- Belə fikirlərlə tez-tez üzləşirəm. Baş qoşmuram sadəcə. Mənim yaxşılığım üçün dediyini hiss elədiyim adamlarla deyib, gülüb yola veririk bir-birimizi. Mənə lağ elədiyini düşündüyüm adamlarla bütün münasibətimi kəsirəm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR