Slimfit
  1. TARİX

İnsanlar 120 min il bundan əvvəl bitki tərkibli qida ilə qidalanırdılar

İnsanlar 120 min il bundan əvvəl bitki tərkibli qida ilə qidalanırdılar
Sakura

İnsanlar 120 min il bundan əvvəl bitki tərkibli qida ilə qidalanırdılar

Ens.az xəbər verir ki, paleolit dövrünün insanları haqqında olan ənənəvi təsəvvür bu fikri yaradır ki, onlar yaşayışlarını ovçuluq yolu ilə təmin edirdilər. Ya da, ən pis halda leşlə qidalanırdılar. Bitki tərkibli qida çox olmasa da onların rasionunda var idi. Müasir kənd təsərrüfatı mədəniyyəti o zamanlar yox idi, yabanılardan da çox əldə etmək mümkün deyil. Göründüyü kimi, məsələ bir az qəlizdir.

Bir qrup alim əcdadlarımızın yeməklərini bişirdiyi ocaqlar aşkar ediblər. Bu, 120-65 min il əvvəl Afrikanın cənubundakı Klezis çayının mənsəbində idi. Bu yer antropolaqlara çoxdan tanışdır, orada bir neçə paleolit sahələri qazılmışdır, amma oradakı ocaqları içərisindən bişirilən yeməklərə görə analiz etmək indi mümkün oldu. İndiyə qədər güman edilirdi ki, onların qidasının əsas hissəsini balıq və molyusklar təşkil edirdi - onların qalıqları yaxşı saxlanıb.

İndi isə tədqiqatçılar qədim ocaqların və onların yaxınlığında bitki mənşəli nişasta tərkibli toxuma hissələrinin kömürlənmiş parçalarını aşkar etməyə nail olublar. Bu da açıq-aşkar ondan xəbər verir ki, bitki tərkibli qida o zamankı insanların rasionunda mütəmadi olaraq mövcud idi. Alimlərin fikrincə, nişasta həzmindən məsul olan insan genlərinin təkrarlanması bu ilə bağlı ola bilər - onlar sağ qalmaq üçün çox vacib idi.

Kənd təsərrüfatı fəaliyyətinin başlamasına qədər on minlərlə il qalmışdı.

“Bu maraqlıdır. Genetik və antropoloji məlumatlara görə, əvvəllər belə bir fikir var idi ki, qədim insanlar nişasta tərkibli qidalar yeyirdilər, amma bu hələ araşdırılmamışdır ", - Kembric Universitetinin arxeologiya şöbəsindən olan aparıcı müəllif Sintiya Larbi (Cynthia Larbey) deyib.

Fənlərarası qrup Klezis çayının arxeoloji sahəsindəki məhv olmamış ocaqları axtarmış və analiz etmişdir.

“Bizim nəticələr göstərdi ki, bu kiçik küllü ocaqlar yemək bişirmək üçün istifadə olunmuşdur və bitki tərkibli qida 120 mindən 65 min il əvvələ qədər ilk dövrlərdən onların rasionunun bir hissəsi olmuşdur, - Larbi deyir. Ovçuluq və daş alət texnologiyasında dəyişikliklərə baxmayaraq, onlar yenə də kök və kök yumruları bişirirdilər”.

Ətraflı məlumatla Journal of Human Evolution jurnalında dərc olunan məqalədə tanış ola bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR