Slimfit
  1. MARAQLI

İnsanın “dərdinə şərik olan” robot

İnsanın “dərdinə şərik olan” robot
Sakura

İnsanın “dərdinə şərik olan” robot

Yaponiyanın “Yukai Engineering” şirkəti dünyanın ən böyük texnologiya sərgisi – “CES 2019”da istifadəçinin emosiyalarını tanıya və onun “dərdinə şərik ola” bilən “BOCCO emo” robotunu nümayiş etdirib.

robo-hunter.com saytının məlumatına görə, kiçik qar adamı kimi görünən robot ev sakinləri ilə qarşılıqlı əlaqə üçün nəzərdə tutulub. “BOCCO emo” İnternetə “Wi-Fi” və ya sim-kart sayəsində yaradılan mobil əlaqə vasitəsilə qoşulur. İstifadəçilər robota ismarıc (audio və ya mətn şəklində) göndərirlər, robot isə onu yüksək səslə oxuyur.

Robotun əsas özəlliyi ondan ibarətdir ki, o, sahibinin nitqini və səsinin intonasiyasını tanıya bilir. “BOCCO emo” sahibindən neqativ sözlər eşitdikdə başını aşağı endirərək, ağlayıb-sızlamağa oxşar səs çıxarır, onun yanaqlarında isə qırmızı işıq yanır. O, istifadəçinin şən əhval-ruhiyyədə olduğunu “hiss etdikdə” başını qaldıraraq, quş kimi cəh-cəh vurur, yanaqlarında isə yaşıl işıq yanır. Bundan başqa, ismarıcda ürək formasında emoji göndərilərsə, “BOCCO emo”nun gözlərinin ətrafında eyni simvol görünür.

Robot “ağıllı” ev qurğularının idarə edilməsi üçün bir sıra sensorlarla təchiz edilib. Titrəmə sensoru otağa kiminsə daxil olduğunu anlamağa imkan verir. Kilidin bloklanması sensoru qapının açıq olub-olmadığını müəyyən edir. İstifadəçi bütün informasiyanı robotu xüsusi proqramla sinxronlaşdıraraq əldə edə bilər.

2019-cu ilin payız aylarında satışa çıxarılacaq robotun qiymətinin 240 dollar təşkil edəcəyi bildirilib.

Mənbə: ict.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR