Slimfit
  1. İQTİSADİYYAT

İnnovasiya Müsabiqəsinə indiyədək 70-dək layihə təqdim olunub

İnnovasiya Müsabiqəsinə indiyədək 70-dək layihə təqdim olunub
Sakura

İnnovasiya Müsabiqəsinə indiyədək 70-dək layihə təqdim olunub

İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə birgə elan edilmiş İkinci Respublika İnnovasiya Müsabiqəsinə indiyədək 70-ə yaxın layihə təqdim olunub. Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı tərəfindən "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi"nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin icrasına dəstək məqsədilə İkinci Respublika İnnovasiya Müsabiqəsi elan olunub. İnnovasiya Müsabiqəsi barədə məlumatlığın artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, AMEA-nın Yüksək Texnologiyalar Parkının müəllim, tələbə və gənc tədqiqatçıları, həmçinin "ASAN Könüllüləri" ilə maarifləndirmə tədbirləri keçirilib.

İndiyədək müsabiqəyə 70-ə yaxın layihə təqdim olunub. Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Müsabiqədə iştirak etmək üçün namizədlər layihələrini sentyabrın 20-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İdeya Bankı" (www.ideya.az) platforması vasitəsilə təqdim edə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR