“INNOLAND”-də startaplara 100 min manatlıq dəstək
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri cari il ərzində 100 000 manatdan artıq yatırım əldə edib.
Cari ildə “INNOLAND”-də fəaliyyət göstərən 4 startap ümumilikdə 100 000 manatdan artıq yatırım əldə edib. Bu investisiyalar əsasən yerli investorlar tərəfindən həyata keçirilib.
Mərkəzin rezidentlərindən biri isə növbəti yatırım əldə edərək Nyu Yorkda 4 aylıq startap akselerator proqramına qatılıb.
Cari il ərzində ümumilikdə 1 miyon manata yaxın yatırımın həyata keçirilməsi planlaşdırılır.
Hazırda mərkəzdə 10 startap akselerasiya mərhələsindədir və daha bir neçə startap inkubasiya xidmətlərindən istifadə edir. Yerli mələk investorların sayı isə artıq 25 nəfərə çatıb.
Növbəti mərhələdə daha bir neçə yatırımın həyata keçirilməsi planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət