Dərc edildi: Baxış sayı: 535
İngiltərə klubunun futbolçusu karantin vaxtı ziyafət təşkil etdiyi üçün cəzalanacaq
İngiltərənin "Everton" klubunun futbolçusu Moyze Kin cəzalandırılacaq.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, buna 20 yaşlı hücumçunun modellərlə birlikdə ziyafət təşkil etməsi səbəb olub.
"Everton" davranışın pandemiya zamanı klubun siyasətinə zidd olduğunu bildirib, italiyalı forvarda 100 min funt sterlinq (124 min ABŞ dolları) məbləğində cəza veriləcək. Bu, oyunçunun iki həftəlik maaşına bərabərdir.
Qeyd edək ki, İngiltərə Premyer Liqası koronavirusa görə dayandırılıb, Moyze Kin 2019-cu ilin avqustundan "Everton"da çıxış edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət