Dərc edildi: Baxış sayı: 262
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayırıb
İngiltərənin "Bornmut" klubu baş məşqçisi Qari Onillə yollarını ayırıb.
"Report" Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin müqaviləsi yenilənməyib.
Klub ingiltərəli baş məşqçiyə xidmətlərinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Bornmut" başa çatan mövsümü 39 xalla 15-ci pillədə başa vurub və çempionatda qalmağı bacarıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət