İnformasiya Texnologiyaları İnstitutunda dərin təlim metodlarının tətbiqləri araşdırılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda dərin təlim metodlarının tətbiqləri araşdırılıb.
Bu barədə institutun növbəti elmi seminarında böyük elmi işçi Aybəniz Əliyeva məlumat verib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dərin təlim metodlarının tətbiqlərindən danışan məruzəçi onun obrazların tanınması, obyektlərin klassifikasiyası, nitqin tanınması, təbii dilin emalı, hava proqnozunun verilməsi, nəqliyyatın intellektual idarə edilməsi və s. kimi sahələrdə uğurla tətbiq edildiyini bildirib. O, bu təlim metodlarının neft qaz sənayesində perspektivli tətbiq imkanlarına malik olduğunu nəzərə çatdırıb.
Qeyd edilib ki, neft-qaz yataqlarının layihələndirilməsi, işlənməsi və istismara verilməsi, həmçinin neft-qaz ehtiyatlarının hesablanmasında quyu verilənlərinin analizinin və proqnozlaşdırılmasının böyük rolu var. Məruzəçi bu məqsədlə bir çox emprik korrelyasiyaların, maşın təlimi modellərinin geniş tətbiq olunduğunu diqqətə çatdırıb. A.Əliyeva qeyd olunan şəbəkə arxitekturalarını müqayisəli təhlil edib, onların üstünlükləri və çatışmazlıqlarından danışıb.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət