Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İnfarkt və insulta qarşı gözlənilməz vasitə tapılıb

İnfarkt və insulta qarşı gözlənilməz vasitə tapılıb
Sakura

İnfarkt və insulta qarşı gözlənilməz vasitə tapılıb

Adi duzun yodlu duzla əvəz olunması bir çox ölümcül təhlükəli ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır.

AZƏRTAC “MedicalXpress” nəşrinə istinadla xəbər verir ki, bu nəticə beynəlxalq elmi qrupun tədqiqatında öz əksini tapıb. Alimlərin sözlərinə görə, yodlu duzun tərkibində ürək əzələləri üçün faydalı olan və arterial təzyiqi aşağı salan kalium var. Bundan başqa, natriumla zəngin adi duzdan imtina edilsə, onun istifadəsi xeyli azalacaq ki, bu da ürəyə yaxşı təsir göstərəcək.

Mütəxəssislər natrium istehlakının Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi miqdardan iki dəfə çox olduğu Çində ürək-damar xəstəlikləri barədə məlumatları analiz ediblər. Belə ki, 2015-ci ildə ÇXR-də 2 milyondan çox insan yüksək təzyiq nəticəsində həyatını itirib.

Tədqiqatçılar müəyyən ediblər ki, kaliumla zənginləşdirilmiş duzdan istifadə hər il 208 min insult və 175 min ürəklə bağlı digər xəstəliklər olmaqla 460 min ölümün qarşısını alır. Bundan başqa, adi duzun yodlu duzla əvəzlənməsi xroniki böyrək xəstələrinin sayını da əhəmiyyətli dərəcədə azaldır.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR