Dərc edildi: Baxış sayı: 315
İndiyədək 10 kütləvi məzarlıq aşkarlanıb
İndiyədək 10 kütləvi məzarlıq aşkarlanıb. Minalar təəssüf ki, bu məsələ ilə bağlı da səylərimizə mane olur. Ermənistanın hərbi cinayət törətmiş hərbçilərində kütləvi məzarlıqların koordinatları var.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə söyləyib.
Ermənistanın bu mövzuda da qeyri-konstruktiv addımlar atdığını, koordinatları Azərbaycan tərəfinə vermədiyini bildirən H.Mikayıllı deyib ki, Azərbaycanda az qala hər ay kütləvi məzarlığın aşkarlanmasına baxmayaraq, insan hüquqları təşkilatı hansısa reaksiya göstərmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət