Slimfit
  1. DÜNYA

"İncirlik bazası Rusiyanın istifadəsinə verilə bilər"

"İncirlik bazası Rusiyanın istifadəsinə verilə bilər"
Sakura

"İncirlik bazası Rusiyanın istifadəsinə verilə bilər"

Vladimir Jirinovski: "Vaxt itirmədən İran və Türkiyədə Rusiyaya məxsus hərbi hava və hərbi dəniz bazaları yaradılmalıdır"

Rusiya Liberal Demokrat Partiyasının (LDP) sədri Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsində bir rus hərbi bazası yaratmağa hazır olduğu iddiasını irəli sürüb.

Sputnik Azərbaycan "Haberdurus"a istinadla xəbər verir ki, Jirinovski iştirak etdiyi bir televiziya verilişində deyib ki, vaxt itirmədən İran və Türkiyədə Rusiyaya məxsus hərbi hava və hərbi dəniz bazaları yaradılmalıdır.

Daha sonra Jirinovski Türkiyədəki İncirlik hərbi bazasından danışıb. O iddia edib ki, İncirlik hərbi hava bazası NATO-nun istifadəsi üçün bağlanıb, Rusiyanın istifadəsinə verilə bilər.

Qeyd edək ki, Jirinovski iyul ayında Ərdoğanın şəxsi dəvəti ilə andiçmə mərasimində iştirak etmək üçün Ankaraya səfər etmişdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR