Slimfit
  1. ELM

İnanılmaz: Alimlər insan ürəyi yaratdılar

İnanılmaz: Alimlər insan ürəyi yaratdılar
Sakura

İnanılmaz: Alimlər insan ürəyi yaratdılar

Miçiqan Universitetinin tədqiqatçılar qrupu laboratoriya şəraitində kiçik insan ürəklərinin yaradılması prosesini reallaşdıra biliblər.

Alimlər ümid edirlər ki, bu üsulla insan orqanizmində olan ən əsas orqanlardan birinin və onunla bağlı anadangəlmə xəstəliklərin tədqiqatı mümkün olacaq.

Ens.az xəbər verir ki, Axar.az-ın "Engadget" saytına istinadən məlumatına görə, insan orqanizminin ən vacib orqanlarından birinin canlı prototipini yaratmaq üçün tədqiqatçılar kök hüceyrələrindən və ana bətnindəki embrional inkişaf üsulundan istifadə ediblər.

Bir neçə həftə ərzində alimlər kameralara və damar toxumalarına sahib funksional mini ürək yarada biliblər. Eksperiment çərçivəsində əldə olunmuş təcrübə andangəlmə ürək qüsurlarının modelləşdirilməsində və tədqiq olunmasında istifadə olunacaq. Lakin bu cür təcrübənin aparılmasının əsas üstünlüyü qısa müddətdə lazımi sayda süni ürəklərin yaradılması imkanıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR