"İmtahan zallarına bıçaq və qumbara keçirmək istəyənlər olub" - Məleykə Abbaszadə
Əvvəllər imtahan zalına hansısa alətləri, bıçaq və qumbara keçirmək istəyənlər olub.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Biz kriminal xronikanı heç vaxt şişirtməmişik. Çünki hüquq mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır. Biz bəzi halları müzakirə edəndə, insanların həmin şəxslərə yazığı gəlir. Deyirlər, nə olar ki, özü getməyib qardaşı gedib, üzərində iki-üç telefon tapılıb".
Məleykə Abbaszadə deyib ki, telefonu zala keçirmək üçün müəyyən müəllimlər, kurslar tələbələrinə tapşırıq verirlər:
"Teleqram kanallarında bununla əlaqədar müəyyən çağırışlar edilir. Bəs nə üçün bu məsələlər ictimaiyyət arasında müzakirə edilmir?!".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət