Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İmmun sisteminizi gücləndirmək üçün bu həbləri için - Professordan MƏSLƏHƏT

İmmun sisteminizi gücləndirmək üçün bu həbləri için - Professordan MƏSLƏHƏT
Sakura

İmmun sisteminizi gücləndirmək üçün bu həbləri için - Professordan MƏSLƏHƏT

Mart ayında, yəni yaz fəslində immun sisteminin zəifləməsi, qrip və bu kimi xəstələiklərin meydana gəlməsi hamımıza məlumdur. Bu fəsildə hansı xəstəliyə yoluxsaq, elə deyirik ki, mart ayıdır, “mart çıxsın, dərd çıxsın”.

Elə koronavirus pandemiyasının yayıldığı bir dövrdə həkimlər də məsləhət görür ki, bacardığınız qədər immun sisteminizi güclü tutun, çünki bu dövrdə xəstəliyi yaşamaq daha risklidir.

Bəs maraqlıdır, mart ayında daha çox xəstəliklərə yoluxmağımızın əsas səbəbi nədir? İmmun sistemimizi necə gücləndirə bilərik?

Məsələ ilə bağlı Modern.az-a danışan Tibb Universitetinin professoru, cərrah Adil Qeybulla deyib ki, yaz fəslində tək qrip meydana gəlmir, həm də digər xəstəliklər kəskinləşir:

“Qışda meyvə-tərəvəz az qəbul etdiyimiz üçün immun sistemimiz zəifləyir. Yaz fəsli həm qışın sonu həm də fəsil dəyişikliyi kimi mədə-bağırsaq, allergik xəstəliklər, nevroloji xəstəliklərin kəskinləşdiyi dövrdür. Bu vaxtı maddələr mübadiləsi sürətlənir, orqanizmdə müəyyən xəstəliklər kəskinləşməyə başlayır. Bronxial asma, mədə xorası olan, allergiyası olan xəstələrlə məsləhət görülür ki, yaz fəslində öz həkimləri ilə məsləhətləşsinlər və müvafiq müalicələr alsınlar”.

A.Qeybullanın sözlərinə görə, yaz fəslində orqanizmində başqa xəstəliklər olmadan qrip olan şəxslər isə mikroelementlərin və vitamin çatışmazlığından dolayı bu xəstəliyə yoluxurlar:

“Həmin şəxslər qabaqlayıcı tədbir kimi mikrovitamin həbləri qəbul etsinlər. Amma yaxşı olardı ki, bütün bunlar həkim məsləhəti ilə olsun. Yəni sırf immun sistemimizi gücləndirəcəyik deyə, xarakteristikasını bilmədiyimiz dərman prepatlarını qəbul etmək olmaz. Əks halda bu orqanizmə əks təsir göstərə bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR