İmadəddin Nəsimi - Ləbinə əhli-nəzər can dedilər, gerçəkmiş
Ləbinə əhli-nəzer can dedilər, gerçekmiş,
Ağzına nöqteyi-pünhan dedilər, gerçekmiş.
Ləlini xətti ilə sormuşam ərvahə, onu
Xızrilə çeşməyi-heyvan dedilər, gerçəkmiş.
Ademin surətine səcde qılanlar ki, seni
Gördülər, surəti-rəhman dediler, gerçəkmiş.
Dediler qamətinə SİdrƏ kəinal əhli, veli,
Xəlq onu sandı ki, yalan dediler, gerçekmiş
Surətin münkirine elm ılo iman ehli,
Ona kim, div ilə şeytan dedilər, gerçekmiş.
Cənnətin əhli ki, üzün bağın, ey cennetü hur,
Rövzeyi-xüld ilə rizvan dedilər, gerçəkmiş.
Qəlemin sirrini heqdən bilən ol taifə kim,
Ənbərin xəttinə reyhan dedilər, gerçekmiş.
Möcüzat ehli ki, yazısı ilə surətine,
“Lövhi-mehfuz” ile Quran dediler, gerçəkmiş,
Ey Nesimi, ki nezer əhli vücudun evine-
Lamekan gencine viran dedilər, gerçekmiş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət