Dərc edildi: Baxış sayı: 492
İmadəddin Nəsimi - Dilbəra, еşqində aləm sərbəsər qovğa çəkər
Dilbəra, еşqində aləm sərbəsər qovğa çəkər,
Sanma ki, еşqin bəlasın mən qulun tənha çəkər.
Gər sana təqrir еdəm şərhi-dərunum şəmməsin,
Bazuyi-himmət qələm bər-kuhü ba-səhra çəkər.
Aşiqi-həqbin qılır yarın tamaşasın bu gün,
Zahidi-хudbin durubdur qüssеyi-fərda çəkər.
Sübhi-vəslindən camalın afitabın görməyə,
Gözlərim ta sübhdəm bidariyi-şəbha çəkər.
Еy Nəsimi, yarın əsmasın dilindən qoymagil
Kim, müsəmmaya səni хasiyyəti-əsma çəkər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət