Slimfit
  1. CƏMİYYƏT

İlyas Umaxanov: Yeni parlamentin təşkili dövlətlər arasında mühüm iqtisadi layihələrin həyata keçirilməsinə təkan verəcək

İlyas Umaxanov: Yeni parlamentin təşkili dövlətlər arasında mühüm iqtisadi layihələrin həyata keçirilməsinə təkan verəcək
Sakura

İlyas Umaxanov: Yeni parlamentin təşkili dövlətlər arasında mühüm iqtisadi layihələrin həyata keçirilməsinə təkan verəcək

Azərbaycanda budəfəki parlament seçkiləri ölkənin ərazi bütövlüyünün təminatından sonra keçirilən ilk seçkidir. Rusiya Federasiyasının marağı ondan ibarətdir ki, bütün qonşu ölkələr güclü olsun.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının üzvü İlyas Umaxanov mətbuat konfransında deyib.

İ.Umaxanov qeyd edib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı müxtəlif məsələlər, eləcə də iqtisadi əməkdaşlıq əlaqələri müzakirə olunub. “Onların arasında Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı məsələsi də var. Dağıstan və Azərbaycanı uzun illərin dostluğu birləşdirir”, - deyə rusiyalı müşahidəçi bildirib.

Onun sözlərinə görə, yeni parlamentin təşkili dövlətlər arasında mühüm iqtisadi layihələrin həyata keçirilməsinə təkan verəcək.

Rusiya Federasiya Şurasının üzvü Aleksandr Terentyev qeyd edib ki, hər iki müşahidəçi Dağıstan və Tatarıstanı təmsil edir. Rusiyanın bu iki respublikasının Azərbaycanda daimi nümayəndəliklərinin olduğunu deyən A.Terentyev əlavə edib ki, Rusiya Federasiyasının Ticarət Nazirliyi vasitəsilə uğurlu əməkdaşlıq həyata keçirilir. “Bu gün dünyada vəziyyət bir o qədər də sabit deyil. Heç bir beynəlxalq təşkilat sabit dövrünü yaşamır. Bir çox ölkələr seçkiöncəsi proseslərdə xaricdən yönələn təzyiqlərlə üzləşir. Bu dövlətlərdə seçkidən əvvəl bir çox şayiələr yayılır. Biz qonşu Gürcüstanda siyasi proseslərin şahidi olduq, qanunvericiliklə bağlı orada baş verən dəyişikliyin Avropada necə reaksiya doğurduğunu gördük. Bir daha bu uğurlu seçkilər münasibətilə sizi təbrik edirəm”, - deyə Aleksandr Terentyev vurğulayıb. Rusiyalı müşahidəçi qeyd edib ki, seçkilərdə 64 faizlik iştirak göstəricisi hesabatlarda əksini tapıb. Onun sözlərinə görə, parlamentdə formalaşan çoxluğun ölkənin daxili və xarici siyasətini dəstəkləyənlərdən ibarət şəxslərdən formalaşması çox uğurlu bir nəticədir. İnsanların seçkilərə gəlməsi o deməkdir ki, hər kəs bu siyasəti dəstəkləyir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR