Slimfit
  1. PSİXOLOGİYA

İlon Maskın üsulu: müsahibədə həqiqəti necə müəyyən etmək olar?

İlon Maskın üsulu: müsahibədə həqiqəti necə müəyyən etmək olar?
Sakura

İlon Maskın üsulu: müsahibədə həqiqəti necə müəyyən etmək olar?

Ens.az xəbər verir ki, Elon Mask-a görə, iş üçün müraciət etmiş ərizəçinin peşə bacarıqlarına dair yalan danışmadığını öyrənməyin yaxşı bir yolu ondan öz şəxsi təcrübəsindən çıxış edərək biliyini əyani şəkildə göstərən nümunə istəməkdir. Mask deyir: "Bir şəxs həqiqətən bu problemi həll edə bilsə, sualımı dəqiq cavablandıra biləcək". "Çünki nə vaxtsa həll yolu tapan kimsə bunu heç vaxt unutmur".

Namizədlər nəyisə gizlədib-gizlətməməyə çalışdıqlarından və ya müsahibədə sadəcə əsəbi olmalarından asılı olmayaraq, çox vaxt əvvəlcədən hazırlanmış cavablardan istifadə edirlər. Əlbəttə ki, bu vəziyyətdə bir insandan hər zaman imtina edə bilərsiniz, eyni zamanda evdə tamamilə intuitiv şəkildə cavabları öyrənmiş dəyərli bir mütəxəssisi əldən buraxmaq riskiniz var.

Bir az dərinə getsəniz, yaxud risk etmək və ya taktikanı dəyişdirmək qərarına gəlsəniz, iddiaçını daha yaxşı araşdırmaq və onunla nə cür işləyə biləcəyiniz barədə fikir əldə etmək şansınız olacaq. Sonda, ərizəçini ənənəvi müdafiə xəttini atmağa və onu nə vaxtsa özünün rahatlıq zonasından kənara çıxmağa məcbur etmiş şəxsi hekayəsini bölüşməyə təşviq etsəniz, sizinlə üzbəüz oturan adamı başa düşməyiniz üçün yeni bir pəncərə açacaqsınız.

Və ya Maskın təsvir etdiyi kimi, vacib həyəcan siqnallarını tuta bilərsiniz.

Reytinqdən, əvvəlcədən düşünülmüş cavablardan və "Uğursuzluqlarınız haqqında mənə məlumat verin" kimi suallardan kənara çıxmağın üç yolu budur:

"Tələb üzrə" məşqçi olun

Güman edək ki, kadrlar şöbəsinin müdiri olmaq istəyən hansısa Mariya müsahibə üçün müraciət edib. Əvvəllər o, qeyri-kommersiya təşkilatı üçün vəsait toplayırmış. Maria peşəkarcasına davranır, fikirlərini dəqiq ifadə edə bilir, ağıllı və həvəslə doludur. Əgər o suallarınızı çox qısa cavablandırırsa və ondan daha dərin və daha ətraflı cavablar eşitmək istəsəniz, bir məşqçi olduğunuzu düşünün və aşağıdakı təlimatla ona müraciət edin: "Mariya, mənə tərcümeyi-halınızdan bir əhvalat danışmaqla eyni suala cavab verə bilərsinizmi? ”

Əgər o qımıldanmağa başladısa və ya ən sadə görünən suala cavab verə bilmirsə, məsələn, "liderlik tərzinizi izah edin?", Məşqçi mövqeyindən başqa bir göstəriş verin: "Sualı biraz dəyişək. Heyətiniz Sizin liderlik üslubunuzu necə izah edərdi? ”

Bu cür tələbkarlıq məşqi bir sıra fərdi xüsusiyyətləri qiymətləndirməyə və anlamağa kömək edəcəkdir:

  1. a) Mariya qarşılıqlı əlaqəni yaxşı qavrayır, onun mahiyyətini tezmi dərk edir və dərhal ona uyğun hərəkət edə bilirmi, davranışını dəyişirmi;
  2. b) Əks əlaqəyə necə reaksiya verir: onu qəbul edir və ya müdafiə mövqeyi tutur;
  3. c) dəqiqləşdirici suallar verə bilirmi;
  4. d) Sizin iradınız müsahibənin son hissəsinə təsir göstəribmi, yoxsa Mariya elə qısa cavablar verməyə davam etdi və hər hansı şəxsi təcrübəsindən olan əhvalat danışmadı.

Yuxarıdakı sualların hər birinə mənfi cavab verərsənsə, Mariyanı müsahibənin növbəti turuna dəvət edib-etməməyiniz barədə düşünməyə əsas var.

Qrup danışıqlarını aparın

Southwest Hava Yolları hava gəmisi heyətinə və stüardessa işinə yeni kadrlar yığmaq üçü keçirdiyi müsahibəyə toplu halda xeyli iddiaçını dəvət edərək ilk növbədə onların təbii stres şəraitində sosial qarşılıqlı əlaqələrini müşahidə edib. Sonra müsahibə götürənlər namizədlərə xəbərdarlıq etmədən və təsadüfi qaydada sual verməklə tədricən stress səviyyəsini artırıblar. Bundan əlavə, müsahibənin sosial dinamikasını artıran ssenarilər təşkil edirlər. Məsələn, müraciət edənlərə başqalarından istifadə etmədən özlərini sübut etmək imkanı verirlər.

Bundan sonra, müsahibə götürənlər bir kresloda oturur və vəziyyətin necə inkişaf etdiyini sakitcə izləyirlər. Bu şəkildə aşağıdakı suallara cavab alırlar:

  1. Müraciət edənlərdən hansı biri təbii liderlik keyfiyyətlərini göstərir - digərlərinə nisbətən üstünlüklərindən istifadə edir və ya söhbətin gedişatını yaxşıya doğru dəyişir?
  2. Kim başqalarına meydan oxuyur və onları ən yaxşı tərəflərini göstərməyə məcbur edir?
  3. Sothwest'in ruhunu və mədəniyyətini təcəssüm etdirən - özünə deyil ilk növbədə işə ciddi yanaşır?
  4. Kimsə digər namizədlərə zərər vermədən nə iləsə razılaşmadığını bildirmək üçün bir yol tapa bilərmi?

Əgər kimsə birgə fəaliyyətlərdə çətinlik çəkirsə, kollektiv işlərə uyğun gəlmirsə ümumi dialoqa müsbət töhfə vermək fürsətini əldən verəcəkdir. O, mütləq digər namizədlərlə mübahisəyə başlayacaq və ya qrup görüşməsindən əvvəl və ya sonra sosial qarşılıqlı əlaqədən çıxacaq.

Namizədin uyğunluğunu yoxlayın

Müsahibə namizədin təşkilatınızın tələblərinə uyğun olub-olmadığını yoxlamaq üçün əla fürsətdir. Vosges şokolad şirkəti əl işinə əsaslanan yaradıcı və dəbli bir marka yaradır. Belədə iş üçün müraciət edənlərdəə işə çevik və incə yanaşma (məsələn, evdən işləmək imkanı) və hərdən şirkətin ofisində olmaq tələb olunur. Əslində, Vosges-in iş fəlsəfəsi ofisin kiçik otaqlarında və istehsal salonuna bitişik incə dizayn edilmiş otaqlarda keçirilən konstruktiv iclaslarda çalışan komandasının enerjisi üzərində qurulmuşdur.

İnsanlara korporativ mədəniyyət haqqında ətraflı suallar verməklə, iş şəraiti, fərziyyələr və qərəzlər barədə gözləntilərini effektiv şəkildə müəyyənləşdirə bilərsiniz. Bir namizəd, sahibkarlığı dəstəkləyən bir prinsip axtardığını söylədikdə, bu konsepsiyaya nə üçün müsbət yanaşdığını müəyyənləşdirməsini xahiş etmək lazımdı. Peşəkar həyatından bir hekayə danışsın və ya gələcəkdə görmək istədiyinə aydınlıq gətirən konkret bir misal göstərsin.

Oxşar durum Coyote Logistics-də baş verir. Marketinq şöbəsinin müdiri deyir ki, onların təşkilatlarının korporativ mədəniyyəti ilə bağlı müraciət edənlərə broşuralar paylamaları adətdir. Sonra namizədlərdən bu mədəniyyətin nəyə uyğun olduğunu və buna hansı töhfə verməyi planlaşdırdıqlarını ifadə etmələri xahiş olunur. Müraciət edənlərdən həm də etdiklərini başa düşdüklərinə əmin olmaq istəyirlər. Bu həm şirkətin özü, həm də potensial işçiləri üçün yaxşıdır.

Məşq, qrup danışıqları və korporativ mədəniyyət prinsiplərinə əsaslanan dialoqlar namizədlər haqqında daha çox məlumat əldə etməyə kömək edəcəkdir. Bu, ənənəvi CV və əvvəlcədən hazırlanmış cavablardan kənara çıxmağa imkan verdiyindən, bacarıq və məqsədləriniz, təşkilatınızın prinsiplərinə uyğun mütəxəssislər tapa bilərsiniz. Siz və ərizəçi bir-birinizi daha dərin səviyyədə yoxlayacaqsınız ki, bu da gələcəkdə məşğulluq keyfiyyətinə və işçilərinizin xoşbəxtliyinə müsbət təsir edəcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR