Dərc edildi: Baxış sayı: 705
İllərlə qarın ağrısından əziyyət çəkirdi - Səbəbi görün nə imiş
48 yaşlı qadın 7 ildir şiddətli qarın ağrısı və şişdən əziyyət çəkib.
Medicina.az xəbər verir ki, bu müddətdə qadın yumurtalığında kista olması dioqnozu ilə müalicələr alıb. Əsl problemi isə 3 ay öncə aşkarlanıb.
Belə ki, İstanbulda yaşayan Funda adlı qadının yumurtalığında "varikoz damarlar" olduğu məlum olub. 2 uşaq anası uzun müddətdir yoxlanılmasına baxmayarq əvvəllər bu aşkarlanmayıb. 4 saatlıq əməlliyatla qadın sağlamlığına qovuşub.
Həkimlər bildirib ki, əsasən 20-50 yaş aralığı qadınlarda görünən xəstəlik, uzmanlar tərəfindən "gizli xəstəlik" kimi də adlanır. Qarının alt hissəsində, yumurtalıqların və uterusun ətrafında və qasıqdakı damarların genişlənməsi ilə irəliləyən xəstəlikdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət