Slimfit
  1. CƏMİYYƏT

İlkin Süleymanova 8 gün vaxt verildi

İlkin Süleymanova 8 gün vaxt verildi
Sakura

İlkin Süleymanova 8 gün vaxt verildi

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi yekunlaşmaq üzrədir.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib. Son söz üçün İlkin Süleymanova iyunun 2-ə qədər vaxt verilib.

Qeyd edək ki, hadisə 2020-ci ildə baş verib. 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinirərək həbs olunub. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin İlkin məhkəmə prosesləri boyu azyaşlının ölümünə aidiyyəti olmadığını deyib. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirib. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edib.

Qeyd edək ki, hadisə baş verdikdən sonra ölkədə böyük səs-küy yaratmış, məsələni ölkə başçısı nəzarətə götürmüşdü.

Bu iş üzrə məhkəmədə çoxsaylı təzadlar üzə çıxsa da, məhkəmə ittiham tərəfinin mövqeyini müdafiə edib və ittihamın sübuta yetirildiyi qənaətinə gəlib. Prokuror İ.Süleymanovun 20 il müddətə həbsini tələb 
etmişdi.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR