Slimfit
  1. AVTO VƏ MOTO

İlk sürücüsüz taksinin sınaqları keçirilir

İlk sürücüsüz taksinin sınaqları keçirilir
Sakura

İlk sürücüsüz taksinin sınaqları keçirilir

Çinin “WeRide” startapı ölkədə ilk robotlaşdırılmış sürücüsüz taksi servisini istifadəyə verəcək. Proqrama Quançjou şəhərində start verilib.

Ens.az xəbər verir ki, AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, testlər artıq bir həftədir davam edir və şirkət nümayəndələrinin sözlərinə görə, hər şey plan üzrə gedir. Sınaqların startap nümayəndələrini, hökumət, polis və sərnişinləri qane edəcəyi təqdirdə taksi növbəti aydan etibarən fəaliyyətə başlayacaq.

Məlumata görə, robotlaşdırılmış taksilər müvəqqəti olaraq bir ərazidə işləyəcək. Sürücüsüz avtomobilin hərəkəti operator tərəfindən izlənilərək idarə olunacaq.

Şirkət nümayəndələrinin sözlərinə görə, hazırda müxtəlif yol vəziyyətlərini öyrənmək, şəhərin bütün ərazilərini, eləcə də robot taksilərin davranış və reaksiyasını daha yaxşı başa düşmək tələb olunur.

“Hər şey tam avtomatlaşdırıldıqdan sonra biz operatorlardan imtina edərək yol üzərində nəzarəti robota təqdim edəcəyik”, - deyə şirkətdən bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR