İlk elastik ekranlı smartfon gəlir
Cənubi Koreyanın "Samsung" şirkəti noyabrın 7-də proqram tərtibatçıları konfransında elastik ekranlı ilk smartfonun prototipini nümayiş etdirib.
Fins.az prototipi nümayiş etdirən "Samsung" nümayəndəsi şirkət tərəfindən hazırlanan və elastik ekranlı istehlak qurğularının yaradılmasına imkan verən "Infinity Flex Display" texnologiyası haqqında söz açıb. O, sübut kimi pencəyin cibindən kiçik kənar ekrana malik uzun düzbucaqlı qurğunu çıxararaq onu açıb və 7,3 düym diaqonallı ekranın daxilini nümayiş etdirib.
Şirkət nümayəndəsi yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumat verməsə də, smartfonun eyni anda 3 əlavəni işə salmağa imkan verməsini və "Infinity Flex Display" texnologiyasının yaxın aylarda istehsalına başlanacağını qeyd edib. Şirkətin ilk elastik smartfonu nə vaxt təqdim edəcəyi barədə məlumat verilmir. Qurğunun adı da açıqlanmır, lakin hələ iki il əvvəl yayılan şayiələrə görə, qurğu "Samsung Galaxy X" adlanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət