Slimfit
  1. MARAQLI

İlk dəfə “İngiltərə gözəli” müsabiqəsinin finalında podiuma hicabda müsəlman qız çıxacaq

İlk dəfə “İngiltərə gözəli” müsabiqəsinin finalında podiuma hicabda müsəlman qız çıxacaq
Sakura

İlk dəfə “İngiltərə gözəli” müsabiqəsinin finalında podiuma hicabda müsəlman qız çıxacaq

Ens.azWoman.ru-a istinadən xəbər verir ki, 20 yaşlı Sara İftixar 49 rəqibi ilə qalib tacı üçün mübarizə aparacaq.  

Tezliklə “İngiltərə gözəli” müqabiqəsinin finalı baş tutacaq ki, onun qalibi Böyük Britaniyanı “Kainat gözəli - 2018” müsabiqəsində təqdim etmək üçün Çinə yollanacaq. Taca iddiaçılar sırasında 20 yaşlı müsəlman Sara İftixar da var.  Qız Haddersfild Universitetində hüquqşünaslıq üzrə oxuyur və xeyriyyə təşkilatında könüllüdür. İftixar təbii fəlakətlərdən zərər çəkmiş Cənubi Amerika, Şri-Lanka, Rusiya və Vyetnamdan olan ailələrə kömək edir. O, gözəllik müsabiqəsində iştirak etməyə qərar verərək bütün qızların milli və din mənsubluğundan asılı olmayaraq gözəl olduqlarını sübut etmək istəyir. Məhz buna görə gənc müsəlman qız podiuma hicabla çıxacaq.  “İngiltərə gözəli” müqabiqəsinin finalı Kelhemdə 4 sentyabr tarixində keçiriləcək. Böyük Britaniyanın ən gözəl qızı adı uğrunda ölkənin ən müxtəlif yerlərindən olan 50 iddiaçı mübarizə aparacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR