Slimfit
  1. CƏMİYYƏT

İlin sonunadək 5 yeni reabilitasiya müəssisəsi açılacaq

İlin sonunadək 5 yeni reabilitasiya müəssisəsi açılacaq
Sakura

İlin sonunadək 5 yeni reabilitasiya müəssisəsi açılacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi üçün aparılan işlər davam etdirilir.

Ens.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirlik tərəfindən bu ilin sonunadək Sumqayıt və Şirvan şəhərlərində müasir tələblərə uyğun qurulmuş Reabilitasiya Müəssisələrinin açılması nəzərdə tutulub. Bakının Xəzər rayonunda Müalicə Pansionatı da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.

Uşaq bərpa müəssisələri şəbəkəsinin regionlar üzrə genişləndirilməsinə də başlanılıb. Bu məqsədlə Nazirlik Qəbələ və Şəmkir rayonlarında inşa etdirdiyi uşaq reabilitasiya mərkəzlərinin bu ilin sonuna açılmasını planlaşdırılır.

Təkcə bu ay regionlarda müasir tələblərə uyğun 3 reabilitasiya müəssisəsini istifadəyə verən Nazirlik ümumilikdə 2020-ci ildə 8 belə müəssisənin açılışını nəzərdə tutub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR