Slimfit
  1. MARAQLI

İlin ən etibarsız parolları açıqlandı

İlin ən etibarsız parolları açıqlandı
Sakura

İlin ən etibarsız parolları açıqlandı

 

“NordPass” şirkəti 2019-cu ilin ən təhlükəli parollarını açıqlayıblar.

Bu barədə Lenta.ru xəbər verib.

Ekspertlər bildiriblər ki, internetə sızan 500 milyon paroldan ibarət baza toplayıblar.

Etibarsız parollar arasında ən geniş yayılanlar sadə  rəqəmlərin kombinasiyası (12345,111111,123321), həmçinin, QWERTY klaviaturasında üfüqi, yaxud şaquli xətdə yerləşən  hərflər (asdfghjkl, qazwsx, 1qaz2wsx) olub.

Ekspertlər vurğulayıblar ki, parol kimi geniş yayılan qadın adlarından istifadə etmək də təhlükəlidir.

Həmçinin, məlum olub ki, 800 mindən artıq insan “password” parolundan istifadə edirlər ki, bu da təhlükəlidir.

Bundan başqa, siyahıda “iloveyou”, “test”, “princess”, “sunshine”, “monkey”, “family”, “football” kimi sadə parollar da var.

Mütəxəssislər bildiriblər ki, cari ildəki zəif parollar siyahısı ötənilkilərlə eyniyyət təşkil edib. Onlar bildiriblər ki, buna səbəb insanların uzun və mürəkkəb parolları yadda saxlamaq istəməməsi, həmçinin, gizlətməli heç nələrinin olmadığını düşünmələridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR