Slimfit
  1. MEDİA

“İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ

“İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ
Sakura

“İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Onlar işğala son qoymaq üçün mümkün olan hər şeyi edəcəklər”

Ens.az xəbər verir ki, Modern.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir.

- Qüdrət bəy, Paşinyan bir tərəfdən dünya güclərinə yalvarır ki, atəşkəsə nail olsun, digər tərəfdən atəşkəsi dərhal pozur. Burda məntiq görürsünüzmü?

- Mən əvvəllər də erməni təxribatları haqqında söyləmişdim ki, Paşinyanın psixikasında ciddi problemlər olduğu üçün onun addımları normal məntiqlə izah oluna bilməz. Onun hərəkətlərini izləməklə niyyətini müəyyənləşdirmək mümkün deyil. Amma o da mümkündür ki, Köçəryan və Serj Sarkisyanın nəzarət etdiyi Qarabağ klanı və onların ordudakı tərəfdarları Paşinyanı saymır. 90-cı illərdə də Ter-Petrosyan həmişə gileylənirdi ki, səhra komandirləri ona qulaq asmırlar. Biz Minsk qrupunun həmsədrlərinə, beynəlxalq ictimaiyyətə bu barədə məlumat verməliyik. 1992-ci ilin mayın 6-da İran prezidenti Rəfsancaninin dəvəti ilə Petrosyan və Yaqub Məmmədov sülh danışıqları üçün Tehrana səfər etdi. İndi necə ki, həmsədr dövlətlərin iştirakı ilə atəşkəs haqqında razılaşmalara əhəmiyyət vermirlər, onda da ermənilər İrana eyni cür hörmətsizlik edərək danışıqlar getdiyi bir vaxtda Şuşanı işğal etdilər.

- Onda üstünlük onlar tərəfdə idi, amma indi vəziyyət fərqlidir...

- Doğrudur, ancaq baş tutmamış Ermənistanın dövlətinin siyasətçilərini,klan başçılarını erməni gənclərin, həm də döyüşə göndərdikləri qadın və uşaqların  həyatı yox, hakimiyyət düşündürür. Həm də Qarabağ klanı fikirləşir ki, müharibədə nə qədər çox Paşinyan tərəfdarı qırılsa, bir o qədər onların xeyirinədir. Ona görə də ola bilsin fikirləşirlər ki, məğlubiyyətdən istifadə edib Paşinyanı devirərlər ,sonra xarici  himayədarlarının dəstəyi ilə 90-cı illərdə olduğu kimi torpaqlarımızı təkrar işğal edərlər, azad etdiyimiz torpaqları təkrar işğal edə bilməsələr belə onsuz da bu torpaqlar onların deyil.

- Qüdrət bəy, Qarabağ klanı Ermənistanda hakimiyyətə gələrsə, Rusiya münaqişəyə aktiv müdaxilə edib bizi dayandıra  bilərmi?

- Rusiya bilir ki, bunu etsə Azərbaycanı həmişəlik itirəcək. Ona görə də bizimlə səmimi dostluğa sadiq qalıb, bəyan etdikləri neytrallığı qoruyacaqlar.

Amma hər şey Türkiyə və Azərbaycanın qətiyyətindən asılı olacaq. Xüsusilə Türkiyənin. Çünki Türkiyə güclü dövlətdir. Türkiyə  beynəlxalq təzyiqlər qarşısında güzəştə gedib  bizi tək buraxarsa  bizim də güzəştə getməkdən başqa yolumuz qalmayacaq. Amma kimsənin Ərdoğanın iradəsini sındıra biləcəyini düşünmürəm. Ona görə zamanında söyləyirdim ki, nə qədər ki,Ərdoğan hakimiyyətdədir biz torpaqlarımızın azad olunması üçün savaşa başlamalıyıq. İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik. Onlar işğala son qoymaq üçün mümkün olan hər şeyi edəcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR