Dərc edildi: Baxış sayı: 327
İlham Əliyev slovakiyalı həmkarını təbrik etdi
Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputovaya təbrik ünvanlayıb.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli xanım Prezident,
Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət