İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Ens.az sərəncamın mətnini təqdim edir:
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 637; 2011, № 12, maddə 1161; 2013, № 6, maddə 703, № 9, maddə 1088; 2014, № 4, maddə 404, № 7, maddə 864; 2016, № 4, maddələr 738, 750; 2018, № 1, maddə 99; 2019, № 9, maddə 1487; 2020, № 3, maddə 304; 2023, № 4, maddə 535; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli 3973 nömrəli Sərəncamı) 1-ci hissəsində “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini” sözləri “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini” sözləri ilə əvəz edilsin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət