Dərc edildi: Baxış sayı: 275
İlham Əliyev Özbəkistanla imzalanmış iki sazişi TƏSDİQLƏDİ
"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Ens.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dövlət başçısı imzaladığı digər fərmanla "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"i təsdiqləyib.
Qeyd edək ki, hər iki sənəd 2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət