Slimfit
  1. CƏMİYYƏT

İlham Əliyev: Gördüm ki, burda vəziyyət dözülməzdir

İlham Əliyev: Gördüm ki, burda vəziyyət dözülməzdir
Sakura

İlham Əliyev: Gördüm ki, burda vəziyyət dözülməzdir

Mən ilin əvvəlində burada idim, yeni İnnovasiya Mərkəzinin açılışında. Oradan çıxanda gördüm ki, bu parkın vəziyyəti çox acınacaqlıdır, dözülməzdir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dünən Atatürk parkının açılışında sakinlərlə görüşü zamanı deyib.

Prezident bildirib ki, burada abadlıq işləri aparılması üçün göstəriş verib:

“6,5 hektarı əhatə edən bu park qısa müddət ərzində yenidən quruldu, ən gözəl səviyyəyə çatdırıldı. İndi burada yaşlı nəslin, uşaqların, yeniyetmələrin və gənclərin istirahəti üçün bütün imkanlar var. Ümumiyyətlə, Bakı son illər ərzində bağlar və parklar şəhərinə çevrilibdir. Deyə bilərəm ki, parkların sayına görə biz dünya miqyasında ən qabaqcıl yerlərdəyik”.

Prezident qeyd edib ki, indi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir:

“Baxın, son illərdə şəhərimizdə nə qədər park salınıb. İlk növbədə, bizim ən böyük parkımız bulvardır. Əvvəllər bulvarın uzunluğu 3 kilometr idi, indi 15 kilometrdir. Hər tərəf yaşıllıq, hər tərəf gözəl, hər tərəf abad. Heydər Əliyev Mərkəzinin və Konqres Mərkəzinin ətrafında 20 hektarı əhatə edən böyük bir park var. İndi uşaqlar, yaşlı nəsil orada istirahət edir. Yusif Səfərov küçəsindəki park. Orada da yöndəmsiz binalar var idi, infrastruktur dağılmışdı. Orada da park salındı. Yəni, bu abadlıq-quruculuq işləri vətəndaşlar üçündür. Çünki vətəndaşlar ictimai yerlərdən istifadə etməlidirlər. Bu parkda da çox gözəl şərait yaradılıb.

Bakı şəhərinin problemlərinin həlli istiqamətində böyük işlər görülür. Bilirsiniz ki, bu yaxınlarda metronun “Koroğlu” stansiyasının yanında yeni Nəqliyyat Mübadilə Mərkəzinin açılışını qeyd etdik. Yeni avtobuslar gətirilir. Bu il 300 avtobus gətirilib, əvvəlki dövrlərdə gətirilib. Gələn il də ən azı 300 müasir avtobus gətiriləcək. Bakı o şəhərlərdəndir ki, metro tikintisi gedir. Deyə bilərəm ki, MDB məkanında yalınız Rusiyada və Azərbaycanda metro tikintisi davam etdirilir. Bu il 30 yeni vaqon gətirilib. Bu vaqonlarda həm kondisioner, həm də gözəl şərait var. Bütün bunlar vətəndaşların rahatlığı üçün edilir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR