Dərc edildi: Baxış sayı: 472
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Oxu.Az-ın xəbərinə görə, dövlət başçısı məktubunda bildirib ki, Ankarada baş vermiş dəmir yolu qəzası nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər onu son dərəcə kədərləndirib.
“Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət