Slimfit
  1. AZƏRBAYCAN

İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında Ermənistanın təcavüzündən DANIŞDI

İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında Ermənistanın təcavüzündən DANIŞDI
Sakura

İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında Ermənistanın təcavüzündən DANIŞDI

“Azərbaycanın 20 faiz torpağı işğal altındadır və bu işğal 30 ilə yaxındır ki davam edir”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyasında ümumi müzakirələrdə videomüraciətlə çıxış edərkən bildirib. 

Dövlət başçısı qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində 1 milyon insan öz dədə-baba torpaqlarından didərgin düşüb. 

İlham Əliyev söyləyib ki, Ermənistan Xocalı soyqırımını törədib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur. 

Onun sözlərinə görə, Ermənistana təcavüzkar dövlət kimi sanksiyaların tətbiqi vacibdir.  

İlham Əliyev onu da əlavə edib ki, Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında dini və mədəni abidələrə qarşı təcavüz aktı həyata keçirir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR