Slimfit
  1. SİYASƏT

İlham Əliyev: "ABŞ həmsədr ölkə kimi taraz yanaşmasını göstərməlidir”

İlham Əliyev: "ABŞ həmsədr ölkə kimi taraz yanaşmasını göstərməlidir”
Sakura

İlham Əliyev: "ABŞ həmsədr ölkə kimi taraz yanaşmasını göstərməlidir”

“Yanvardan bəri ABŞ rəhbərliyindən heç bir mesaj almamışıq. Bu gün artıq aprel ayıdır. Heç bir mesaj yoxdur”.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində ABŞ-ın münaqişədən sonrakı dövrdə rolu ilə bağlı sualı cavablandırarkən bildirib.

Azərbaycan Prezidenti deyib ki, ABŞ dövlət katibi Entoni Blinken bir qədər öncə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb: “Nə barədə danışdıqlarını bilmirəm, amma yenə də tarazlıq pozulub”.

“Onun zəngini gözlədiyimizi demirəm, ancaq o, Minsk qrupunun həmsədr ölkəsini təmsil edir. Ən azından özünün taraz yanaşmasını göstərməlidir”, - İlham Əliyev vurğulayıb.

Prezident İlham Əliyev vurğulayıb ki, bu günə qədər ABŞ administrasiyasından yeganə mesaj ABŞ Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə təbriki olub: “Ancaq mahiyyət etibarilə bu yeganə mesaj idi”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR