Slimfit
  1. TƏHSİL VƏ KARYERA

İlahiyyat İnstitutuna keçid balı aşağı endirilib

İlahiyyat İnstitutuna keçid balı aşağı endirilib
Sakura

İlahiyyat İnstitutuna keçid balı aşağı endirilib

Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə tələbə qəbulu elan edib.

Bu barədə "Report"a institutun mətbuat xidmətindən məlumat verilib.

Üçüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlər İslamşünaslıq ixtisasına qəbul olmaq üçün 15-16 avqust tarixlərində Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Yüksək ixtisaslı islamşünas və dinşünas mütəxəssislərin hazırlanacağı Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. İnstitut öz tələbələrinə ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini öyrənmək imkanı verir. Bütün xarici dillər 4 inkişaf istiqamətində - oxuma, dinləmə, danışma, yazma istiqamətlərində tədris ediləcək. Eyni zamanda, Aİİ tələbələrinə beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsilə Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq, dövlət xətti ilə magistratura və doktorantura pillələrini xarici ölkələrdə davam etdirmək imkanı yaradacaq.

Eyni zamanda, tələbələr din, tarix, fəlsəfə, dil, ədəbiyyat və digər elmlərə dair Azərbaycan, ərəb, türk, ingilis, fars və rus dillərində 12 mindən çox kitabdan istifadə etmək imkanına sahibdirlər. Kitabxanada kompyuterlərlə təchiz edilmiş geniş oxu zalı və dərslik tələbatının maksimum təminatı üçün açıq rəf sistemi mövcuddur. İlahiyyat İnstitutu islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə məzun olacaq tələbələrin işlə təminatına şərait yaradacaq. Belə ki, İnstitutdan məzun olacaq tələbələr dövlət qulluqçusu, din xadimi, tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərə billəcəklər. Bütün bunlarla yanaşı, tələbələr aylıq təqaüd, yemək və geyimlə də təmin olunacaqlar.

İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlər dünyagörüşü səviyyəsinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə yaradılan Psixoloji Komissiyada müsahibədən keçməlidirlər. Dövlət İmtahan Mərkəzinin yaratdığı Dini-Psixoloji Komissiyanın tərkibinə ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İnstitutun əməkdaşları daxil edilib. Müsahibədə abituriyentlərin psixoloji vəziyyəti və yaradıcı təfəkkür imkanlarının xüsusi metodika yolu ilə yoxlanılması nəzərdə tutulub. Müsahibə zamanı habelə abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, “İslamşünaslıq” ixtisasına uyğunluqları, xüsusilə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarığı, xitabət və natiqlik qabiliyyəti qiymətləndiriləcək.

Qeyd edək ki, valideynlərin və abituriyentlərin çoxsaylı müraciətləri nəzərə alınaraq DİM Aİİ-yə minumum keçid balını 150 bala endirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR