Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İl boyu viruslardan necə qorunmalı?

İl boyu viruslardan necə qorunmalı?
Sakura

İl boyu viruslardan necə qorunmalı?

Xoşbəxtliyin təməlində sağlamlıq durur. Bütün ailənin sağlamığı isə ilk növbədə xanımların önəm verdiyi amildir. Bu səbəbdən daha çox xanımlar ailə üzvlərinin sağlamlığı ilə bilavasitə məşğul olur. Daha çox bu səylər soyuqdəymə və virus mövsümündə çoxalır. “Gencaile.az” xanımlara ailə üzvlərinin yalnız soyuqdəymənin daha çox müşahidə olunduğu fəsillərdə yox, ilin butun dövrlərində viruslardan qorunması barədə faydalı məsləhətlər verir.

Burun- udlağın selikli qişasının sağlam qalmasına diqqət yeririn

Qrip kimi virus xəstəliyin qarşısının alınması selikli burun udlağının sağlam olması ilə əlaqəlidir. Məhz buna görə bu orqana xüsusi qulluq lazımdır. Təəsüf ki ekologiya, quru hava və daha başqa səbəblər selikli burun udlağının fəaliyyətinin zəifləməsinə gətitrib çıxarır. Bu zaman viruslar udlağın divarlarından daha tez orqanizmə daxil ola bilir və orqana daha çox zərər yetirir. Bu öz növbəsində adi soyuqdəyməni belə ağır keçirilən virus xəstəliyinə çevirir. Selikli burun udlağının bərpasına xüsusi diqqət yetirilməlidir. Sağlamlığı qorumaq üçün isə xüsusi bərpaedici preparatlar qəbul etmək tövsiyə olunur.

Profilaktika qaydalarına əməl edin

Bilmək lazımdır ki, ailə üzvlərinin sağlamlığı yalnız xanımların səyləri ilə bitmir. Gərək bütün ailə bu mövzuya önəm versin. Buna görə, xanımlara ailə üzvlərini sağlamlıq önləmləri haqqında məlumatlandırmaq tövsiyə olunur. Məsləhətlər arasında, evə gələn kimi əlləri, üzü yaxşıca yumaq, duş qəbul etmək və təzə paltar geyinmək, otağı tez-tez havalandırmaq, təmizliyi qorumaq, kimi məşğuliyyətləri vərdiş halına gətirmək var.

Müasir dərman və preparatlar qəbul edin

Yadda saxlayın ki, bir çox dərman vasitələri reparativ xüsusiyyətlərlə yanaşı, virus və bakteriyaya qarşı xüsusiyyətlərlə zəngindir. Belə preparatlar orqanizmi yoluxmadan qoruyur. Hətta xəstəlik olan zaman belə bu preparatlar müsbət təsir göstərir.

Xəsətələnmiş ailə üzvünü sağlam ailə üzvlərində təcrid edin

Xəstəlikdən can qurtarmağı bacarmadınızsa, bu zaman başqa ailə üzvləri də xəstələnməsin deyə ən yaxşı çarə, sağalana qədər onlarda uzaq durmaqdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR