Slimfit
  1. MƏDƏNİYYƏT

“İkinci Fazıl Say” adlandırılan azərbaycanlı gənc medianın diqqətində

“İkinci Fazıl Say” adlandırılan azərbaycanlı gənc medianın diqqətində
Sakura

“İkinci Fazıl Say” adlandırılan azərbaycanlı gənc medianın diqqətində

Dünya şöhrətli musiqiçi Fazıl Say azərbaycanlı violençel ifaçısı Camal Əliyevi “Concert Artistis Guild” beynəlxalq yarışmasında qələbə münasibətilə təbrik edib.

Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, təbrik teleqramında “Bravo Camal. Böyük uğurlara imza atır, çox yaxşı irəliləyirsən. Çox gözəl yerlərə ucalacaqsan. Yol uzun və çətindir, əsla vaz keçmə” yazılıb.

Bundan sonra Türkiyə mediasının diqqətini çəkən Camal “İkinci Fazıl Say” adlandırılıb. Belə ki, Say da 1995-ci ildə məhz həmin yarışmada qələbə çalaraq dünya şöhrəti qazanmışdı.

26 yaşlı Camal müsahibəsində karyerasından və yaradıcılığından danışıb:

“Hazırda İngiltərədə yaşayıram. İki ildir ki, orada konsertlər verirəm. ABŞ-da, Avropanın digər ölkələrində də konsertlərim olub. “Concert Artists Guild” yarışmasına Fazıl Sayın “Dörd şəhər sonatası” əsəri ilə qatıldım. Daha sonra Şostakoviç, Şopen, Bax və Şubertdən çaldım. Qazandığımı eşidəndə çox sevindim. Səhnəyə dəvət olundum və bütün dünyaya canlı yayım edilirdi”.

Camal bundan sonra Fazıl Sayın izi ilə gedəcəyini deyib:

“Fazıl bəy əslində heç kimi tərifləmir. Onun mənə tərifi çox dəyərlidir. Təbrik mesajını alanda çox sevindim. Onu tanıdığım üçün xoşbəxtəm. Yarışmaya gedərkən “mütləq qazanmalısan” demişdi. Ondan türk musiqisi və bəstəkarlıq haqqında çox şey öyrənmişəm. Hər zaman onun izindən getməyə çalışacağam”.

 Camal musiqiçi ailəsində doğulduğunu bildirib və bu həvəsin onda ailədən qaynaqlandığını bildirib:

“Babam Qara Əliyev Azərbaycanın çox tanınmış violence ustası idi. Mənim də ilk müəllimim olub. Azərbaycanda doğulmuşam, ancaq 2 aylıq olanda ailəm Türkiyəyə köçüb. Azərbaycanın məşhur skripkaçısı var – Sərvəq Qəniyev. O, Bilkent Uinersitetində orkestr qurduğu üçün musiqiçi ailəsi kimi bizi də dəvət edib. İki ailə çox yaxın olub və birlikdə Ankaraya köçüblər. Anam violence ifaçısı, atam kamançıdır. Nənəm pianoçu olub.

5 yaşımdan 13 yaşımadək gündə 8-10 saat musiqi ilə məşğul olurdum. O yaşda kimsə bunu istəməzdi, mən də həmçinin. Dostlarımla oynamaq istəyirdim. Amma valideynlərim icazə vermirdilər və “vaxt gələcək səni nə niyə bu qədər yorduğumuzu başa düşəcəksən” deyirdilər.

 


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR