Slimfit
  1. DÜNYA

İki ölkə Trampa əsgər saxlaması üçün təkid edir

İki ölkə Trampa əsgər saxlaması üçün təkid edir
Sakura

İki ölkə Trampa əsgər saxlaması üçün təkid edir

ABŞ Prezidenti Donald Tramp İsrail və İordaniyanın Vaşinqtondan Suriyada bir qədər əsgər saxlanmasını istədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirilən toplantıda çıxışı zamanı deyib.

Çıxışı zamanı Tramp hələ də Suriyadan tamamilə çıxmaq niyyətində olduğunu, lakin İsrail və İordaniyanın bir qrup əsgərin bu ölkədə saxlanması üçün təkid etdiyini vurğulayıb.

“Az sayda əsgərimiz nefti qorumaq üçün Suriyanın tamamilə fərqli bölgəsində İordaniya və İsrailə yaxın bölgələrdə qalacaq. Bu tamamilə fərqli məntiqdir. ABŞ əsgərlərinin qalması üçün başqa səbəb yoxdur”, - Tramp bildirib.

 

Bundan öncə Pentaqon rəhbəri Esper də ABŞ əsgərlərinin Suriyanın neft ehtiyatları ilə zəngin şərq hissəsində saxlanmasının müzakirə olunan variantlardan biri olduğunu qeyd etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR