Slimfit
  1. İDMAN

İki Olimpiada mükafatçısında dopinq aşkarlandı - Medalları alınacaq

İki Olimpiada mükafatçısında dopinq aşkarlandı - Medalları alınacaq
Sakura

İki Olimpiada mükafatçısında dopinq aşkarlandı - Medalları alınacaq

London Olimpiadasında medal qazanış Rumıniyanın iki ağırlıqqaldırma üzrə atletinin təkrar dopinq test nümunələri müsbət çıxıb.

Oxu.Az xəbər verir ki, onlarda qadağan olunmuş anabolik steroid aşkar edilib.

69 kq çəki dərəcəsində 2012-ci il Olimpiadasında bürünc medal qazanmış Rızvan Martin və həmin çəkidə qadınlarda gümüş mükafatçı Roksana Kokoşun medalları əlindən alınacaq. Maraqlıdır ki, Kokoşun çəkisində üçüncü və dördüncü yeri tutmuş Belarus və Ermənistan idmançıları da gümüş medala yiyələnə bilməyəcək.

Çünki onlar da dopinqə düşüb. Bu səbəbdən səkkiz il sonra Qazaxıstandan Anna Nurmuxambetovaya gümüş, Kolumbiyadan Ubaldina Valoyesə bürünc medal təqdim olunacaq.

Bununla da Pekin-2008 və London-2012 Olimpiadalarında çıxış etmiş idmançılardan dopinq testi müsbət çıxmış idmançıların sayı 59-a çatıb. Rumıniyadan daha əvvəl Florin Kroytoruda London-2012-nin iştirakçısı kimi dopinq testi müsbət çıxıb.

Pekin və London Olimpiadalarında dopinq testlərinin sayı üç və daha artıq müsbət çıxan ölkələr bir illik qadağa ilə qarşılaşır və cərimə ödəməyə (50 min avro) məhkum edilir. Çin, Türkiyə, Ukrayna, Ermənistan, Belarus, Moldova, Azərbaycan, Rusiya və Qazaxıstan 2017-2018-ci illərdə artıq cəzasını başa vurub.

Qazaxıstan, Rusiya, Azərbaycan, Ermənistan və Belarus artıq bu Pekin-2008-dən sonra 20 və bundan çox dopinq pozuntusuna yol vermiş ölkədir. Ona görə də bu ölkələr Tokio Olimpiadasında maksimum iki ağırlıqqaldıranla təmsil oluna bilər. 10-19 pozitiv testi çıxan ölkələr isə dörd atlet göndərmək səlahiyyətinə malikdir.

Səbuhi Musayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR