Slimfit
  1. MARAQLI

“İki müharibə, iki arvad və Hitleri görmüşəm”

“İki müharibə, iki arvad və Hitleri görmüşəm”
Sakura

“İki müharibə, iki arvad və Hitleri görmüşəm”

Albert Eynşteyn Çarli Çaplinə yazdığı məktubda heyranlıqla qeyd etmişdi: “Sizin “Qızıl qamış” filminiz bütün dünya üçün anlaşılandır və sözsüz ki, dahi bir insan olacaqsınız”.

Çaplinsə alimin sözlərinə belə cavab vermişdi: “Mən sizə daha çox heyranam, dünyada heç kim sizin nisbilik nəzəriyyənizi başa düşmür, amma yenə də böyük bir insansınız”.

Publika.az oxucuları görkəmli alimin uğur və həyat haqqında hikmətli fikirləri ilə tanış edir:

Yalnız iki sonsuzluq var: kainat və axmaqlıq. Amma kainatın sonsuzluğuna bir o qədər də əmin deyiləm.

Həyatda yaşamağın iki üsulu var. Birinci üsul ondan ibarətdir ki, guya dünyada möcüzə yoxdur. İkinci üsul - guya ətrafımız möcüzələrlə doludur.

Təhsil insanın məktəbdə öyrəndiklərini unutduqdan sonra geriyə qalanlardır.

Bizim hamımız dahiyik. Ancaq balığı ağaca çıxmaq qabiliyyətinə görə mühakimə etsəniz, o, bütün həyatını özünü axmaq hesab edərək yaşayacaq.

Yalnız absurd cəhdlər göstərənlər mümkünsüz şeylərə nail ola bilərlər.

Üçüncü Dünya müharibəsində hansı silahdan istifadə ediləcəyini bilmirəm, amma dördüncü dünya müharibəsində dəyənək və daşlardan istifadə ediləcək.

Təxəyyül bilikdən vacibdir. Bilik məhduddur, təxəyyül hər şeydir, o bütün dünyanı əhatə edir, tərəqqini stimullaşdıraraq təkamülə təkan verir.

Eyni şeyi dəfələrlə edib fərqli nəticələr gözləyən insan axmaqdır. Axmaqlarla dolu dünya dözülməzdir. Çünki dahiliyin mütləq bir sərhəddi var, lakin axmaqlığın əsla.

Əgər problemi yaradanlar kimi düşünsən, onu heç vaxt həll edə bilməyəcəksən.

Zəhmətinin nəticəsini dərhal görmək istəyən çəkməçi olmalıdır.

Hamı bilir ki, bu mümkün deyil. Amma bunu bilməyən bir cahil ortalığa çıxır və kəşfi də o edir.

Həyat velosiped sürmək kimidir. Tarazlığını saxlamaq üçün hərəkət etməlisən.

Üfiqlərini bir dəfə genişləndirən ağıl heç vaxt əvvəlki halına qayıtmayacaq.

Dəniz xəstəliyini məndə dəniz yox, insanlar törədir. Ancaq təəssüf ki, elm hələ də bu xəstəliyə bir çarə tapmayıb.

İnsan yalnız özünə qalib gəldikdə yaşamağa başlayır.

Uğur qazanmağa deyil, həyatınızın mənalı olmasını təmin etməyə çalışın.

Riyaziyyat özünü aldatmağın ən mükəmməl üsuludur.

Əgər xoşbəxt həyat sürmək istəyirsinizsə, insanlara və şeylərə yox, məqsədə bağlanmalısınız.

Tanrı kəlməsi mənim üçün insanın zəifliyinin bir ifadəsi və məhsulundan başqa bir şey deyil. İncil də ulu kitabdır, amma primitiv əfsanələrdən ibarət kolleksiyadır və eyni zamanda olduqca uşaq dilindədir.

Özünü tapan insan başqalarının fikirlərindən asılılığını itirir.

Mən iki müharibə, iki arvad və Hitleri görmüşəm.

Məni dalana dirəyən sual: mən dəliyəm, yoxsa ətrafımdakılar?

Heç vaxt gələcək haqqında düşünmürəm. O özü, həm də kifayət qədər tez gəlir.

Bir xətanı ikinci dəfə təkrar etməyən ən mükəmməl insandır.

Heç vaxt səhv etməyən insan, heç vaxt yeni şeylər sınaqdan keçirməyib.

Ən pis tale heç kimin taleyi olmamaqdır...

Xəyal qurmaq ən vacib şeydir, o, həyatımıza cəlb etdiklərimizin əksidir. Məntiq sizi yalnız A nöqtəsindən B nöqtəsinə aparar. Xəyal gücü isə hər yerə.

Əgər altı yaşlı uşağa bir şeyi izah edə bilmirsinizsə, deməli, özünüz də bunu başa düşmürsünüz.

Qazanmaq üçün əvvəlcə oynamaq lazımdır.

Qabiliyyətsiz insanlar həmişə dahi insanlara əngəl törədirlər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR