Slimfit
  1. AZƏRBAYCAN

İki məcəlləyə və bir neçə qanuna dəyişikliklər edilir

İki məcəlləyə və bir neçə qanuna dəyişikliklər edilir
Sakura

Yanvarın 24-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 24-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Oxu.Az xəbər verir ki, iclasda 2019-cu ilin yaz sessiyası üçün komitənin iş planı, gündəlikdəki digər məsələlər müzakirə olunub.

İclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “mərkəzləşdirilmiş” sözü əlavə edilir. 

Bundan başqa sənədin 14-cü maddəsinin 3-cü hissəsinin üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və “əmək münasibətləri sahəsində elektron xidmətləri elektron informasiya sistemi vasitəsilə həyata keçirir.” məzmunlu dördüncü abzas əlavə edilir.

Cəzaların İcrası Məcəlləsinin 90-cı maddəsi isə yeni redaksiyada verilir.

Sonra “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.

Qanun layihələri hamısı yaz sessiyasına tövsiyə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR