İki dəfə daha sürətli və manervli: ABŞ özünün ən yeni vertolyotunu göstərdi
ABŞ-ın Lockheed Martin-ə məxsus Boeing və Sikorsky avia konstruktor büroları keçən həftə yeni SB1 Defiant hərbi vertolyotunun prototipini təqdim etdilər.
İstehsalçıların sözlərinə görə, vertolyot adi hərbi vertolyotlarla müqayisədə sürət, manevrlik və uçuş uzaqlığında üstünlüyə malik olacaq.
SB1 Defiant-a iki pər quraşdırılıb. Vertical Magazine xəbər verir ki, maşının quruluşu X2 vertolyotunun bazasında hazırlanıb, 250 dəniz milindən (463km/s) çox sürət yığa bilir. Gözlənilir ki, o “Qara şahin” və “Alaç”ı əvəz edəcək.
Vertolyot 16 nəfər daşıya biləcək: dörd nəfər heyət üzvü və tam təchizatlı 12 əsgər. Onun sanitar versiyası səkkiz yaralı, iki həkim və dörd heyət üzvü üçün hesablanıb.
SB1 Defiant prototipi Pentaqonun aeronavtika, o cümlədən vertikal uçuşlu təyyarələrin müxtəlif texnologiyalarının hazırlanması proqramı çərçivəsində yaradılıb. Gözlənilir ki, bu vertolyotlar 2030-cu illərin əvvəllərində xidmətə daxil olacaq.
Mənbə: Rambler.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət