Slimfit
  1. BİOQRAFİYA

II İrakli

II İrakli
Sakura

II İrakli - Gürcüstan dövlət xadimi, diplomat; 1744-cü ildən Kaxeti, 1762-ci ildən Kartli çarı

II İrakli — Gürcüstan dövlət xadimi, diplomat; 1744-cü ildən Kaxeti, 1762-ci ildən Kartli çarı. 11 yanvar 1798-ci ildə vəfat etmişdir.

7 noyabr, 1720-ci ildə Telavidə çar II Teymuraz və Kartli çarı VI Vaxtanqın qızı Tamarın böyük oğlu olaraq dünyaya gəldi. Gəncliyi müharibələrə şahidliklə keçən şahzadə 1737-1739-cu illərdə Hindistanda Nadir şahla birgə döyüşmüşdü. 1747-ci ildə Kartli şahzadəsi Arçilin üsyanını yatırdı. Nadir onun şücaətindən təsirlənərək İraklini Kaxetiya çarı, Teymurazı isə Kartli çarı kimi tanıdı, bacısı Kotevanı isə Adil şahla evləndirdi. Nadir şahın öldürülməsindən sonra ata-oğul müstəqilliklərini elan etdilər.

1752-ci ildə II Teymuraz və İrakli Rusiyaya səfirlər göndərdilər ki, onlara 3000 rus əsgəri versinlər ki, İranı ələ keçirsinlər. Rusiya höküməti isə bu təklifə mahal qoymadı. 1762-ci ildə atasının ölümündən sonra Kartli-Kaxetiya çarı elan olundu və 300 il sonra ilk dəfə iki Gürcü dövləti birləşdirildi. 1783-cü ildə Georgiyevsk traktatını imzalayaraq Rusiya tərəfindən himayəyə alınmaq hədəfinə nail oldu. Lakin Ağa Məhəmməd şah Qacarın ordusunun hücumu qarşısında Rusiya ona kömək etmədi və Krtsanisi döyüşündə 5000 nəfərlik gürcü bölüyü 35000 əsgərdən ibarət Qacar ordusuna çox ağır şəkildə məğlub oldu. Yeni bir İran hücumunun qarşısını isə Qacarın öldürülməsi aldı. Ondan sonrakı il çar özü də vəfat etdi. Yerinə xəstə oğlu XII Georgi keçdi.

Hakimiyyətə gələndə Avropalaşmağı özünə məqsəd qoyan çar bu məqsəd üçün ən yaxın yolun Rusiya olduğunu düşünürdü. Eristavların gücünü azaldaraq mərkəzləşmə siyasəti güdən çar Rusiyadan heç vaxt ümidi kəsmədi və bütün müharibələrində Rusiyaya kömək edərək Qafqazdakı İran təsirini həmişəlik rus təsiri ilə əvəz etdi.

Çar II İrakli 3 dəfə evlənmişdi. İlk evliliyi Kotevan Pxeidze ilə olmuşdu. Ondan Vaxtanq Baqrationi və Rusudan adlı övladları olmuşdu. Rusudan çox tez ölmüşdü və çariça da 1744-cü ildə vəfat etmişdi. Çar ikinci dəfə 1745-ci ildə Anna Abaşidze ilə evlənmişdi. Ondan olan övladlarından biri XII Georgi, digəri isə sarayın baş sərkərdəsi David Orbeliani ilə evlənəcək olan qızı Tamar idi. Çariça Anna 1749-cu ildə vəfat etdi. Çar bu dəfə 1750-ci ildə, Daria Dadiani ilə evləndi. Ən uzun evliliyi və ən çox övladı onunla oldu:

  1. Prins Solomon
  2. Yelena Andronikaşvili
  3. Mariam Çistişvili
  4. Sofiya
  5. Prins Levon Baqrationi
  6. Prins İulon Baqrationi
  7. Prins Vaxtanq Almasxan Baqrationi
  8. Salome
  9. II Anton
  10. Anastasiya Ksani
  11. Kotevan Tamar Andronikaşvili
  12. Prins Mirian Baqrationi
  13. Soslan-David Baqrationi
  14. Prins Aleksandr Baqrationi
  15. Arçil
  16. Luarsab
  17. Yekaterina
  18. Tekla Cambakurian-Orbeliani
  19. Prins Parnavoz Baqrationi

 

Məktublar

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR